Hüseyn Cavidin Ev Muzeyində açıq dərs keçirilib

10.11.2022

Hüseyn Cavidin Ev Muzeyində dahi şairin anadan olmasının 140 illiyi ilə əlaqədar açıq dərs keçirilib. Açıq dərs Hüseyn Cavidin Ev Muzeyi və Bakı şəhəri 287 saylı Zəkalar Liseyinin nəzdində fəaliyyət göstərən “Kitabçı” düşərgəsinin birgə təşkilatçılığı ilə baş tutub. Açıq dərsi liseyin çağrışaqədərki hazırlıq müəllimi və “Kitabçı” düşərgəsinin rəhbəri İbrahim Rüstəmov, liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Sahilə Bilalova keçib. Açıq dərs çərçivəsində liseyin şagirdlərinə Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, şagirdlər dahi şairin əsərlərindən parçalar səsləndirib, muzey əməkdaşları onları maraqlandıran sualları cavablandırıblar.
Daha sonra tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olub, xatirə şəkli çəkdiriblər.



















© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.