Muzeyin əməkdaşı Ümumdünya Repressiya qurbanları gününə həsr olunmuş tədbirdə iştirak edib

02.11.2022

1 noyabr 2022-ci il tarixdə Hüseyn Cavidin Ev Muzeyinin icraçı direktoru vəzifəsini icra edən, Ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva M.Ə.Sabir adına Kütləvi Kitabxanada keçirilən, 30 oktyabr– “Ümumdünya repressiya qurbanları günü”nə həsr olunmuş “İşıqdan zülmətə” adlı maarifləndirici kütləvi tədbirdə qonaq qismində iştirak edib. O öz çıxışında “Qırmızı terror”un qurbanı olan Hüseyn Cavidin həyat və yaradıcılığının maraq doğuran məqamlarına diqqəti çəkib. Milli İstiqlal Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarınında iştirak etdiyi mədəni-kütləvi tədbirdə repressiya qurbanı olan ədiblərimizin poetik irsindən nümunələr səsləndirilib.
Kitabxananın bədii qiraət dərnəyinin üzvlərinin ifasında təqdim olunan kompozisiyada səsləndirilən əsərlər sırasında yer alan H.Cavidin “Yaş zindanlar yuvamız” şeiridə dinləyicilərin böyük marağına səbəbolub.
Tədbirdə nümayiş olunan repressiya dövrünü xarakterizə edən video çarxda böyük Azərbaycan şairivə dramaturqu Hüseyn Cavidin həbs və sürgün həyatına da xüsusi yer ayrılıb.



















© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.