Hüseyn Cavidin Ev Muzeyində Gənclər günü ilə bağlı tədbir keçirilib

Daha sonra Hüseyn Cavidin Ev Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Lalə Əliyeva çıxış edərək AMEA-da və həmçinin muzeydə gənclərə xüsusi diqqət göstərildiyini və onların qayğı ilə əhatə olunduğunu bildirib. O, muzeydə keçirilən “Hüseyn Cavid və müasir gənclik” mövzusunda ənənəvi respublika elmi konfranslarının və gənclər arasında keçirilən “Hüseyn Cavid poeziyasından incilər” mövzusunda bədii qiraət müsabiqəsinin də bunun bariz bir nümunəsi olduğunu qeyd edib.
Daha sonra tədbir iştirakçıları muzeyin gənc alim və mütəxəssislərinin ölkədə Hüseyn Cavid və ümumiyyətlə Cavidlər irsinin təbliğində uğurlu fəaliyyətindən danışıblar. Vurğulanıb ki, ali məktəb tələbələrinin və ümumiyyətlə ədəbiyyatsevər gənclərin Cavid yaradıcılığında parlaq ifadəsini tapmış milli və ümumbəşəri dəyərlərin təbliği işinə daha çox cəlb edilməsinə ehtiyac var.