Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən 2022-ci il təqvimi işıq üzü görüb

12.01.2022

Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyi tərəfindən hər il ənənəvi olaraq hazırlanan Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən növbəti təqvim çap olunub. 2022-ci il üçün əlamətdar günlərin də öz əksini tapdığı bu təqvimdə Cavidlər ailəsinin həyatında baş verən tarixi məqamlar və onların izahı öz yerini alıb.
Təqvimin ikinci səhifəsində böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığı barədə ətraflı məlumat, digər səhifələrində isə Cavidlər ailəsinin hər bir üzvünün müxtəlif fotoları və dahi şairin əsərlərindən parçalar verilib.
Qeyd edək ki, cavidsevərlərin istifadəsi üçün nəzərdə tutulan bu vəsait eyni zamanda şairin əsərlərinin təbliği məqsədi daşıyır.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.