Hüseyn Cavidin Ev Muzeyi ilə bağlı veriliş hazırlanıb

18.03.2021

AzTV-nin “Gənclik stansiyası” verilişinin növbəti buraxılışı üçün AMEA Hüseyn Cavidin Ev Muzeyində çəkilişlər aparıb. Verilişdə XX əsr Azərbaycan tarixində mühüm rol oynayan bir məkanın – H.Z.Tağıyevin Qızlar Gimnaziyası üçün tikdirdiyi binanın tarixinə nəzər salınıb. Tanınmış teleaparıcı Ellada Eyvazova bu binada yaşamış böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından, Cavidlər ailəsinin faciəvi taleyindən söhbət açıb, böyük ədibin Ev Muzeyinin yaradılması istiqamətində görülmüş mühüm işləri tamaşaçıların diqqətinə çatdırıb. Şairin nəşinin uzaq Sibirdən doğma Vətəninə gətirilməsi sahəsində Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıb.
Qeyd edək ki, gənc tamaşaçı auditoriyası üçün nəzərdə tutulan bu veriliş yaxın vaxtlarda efirə gedəcək.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.