“İdrak” liseyinin şagirdlərinin Hüseyn Cavid Ev Muzeyinə vertual səyahəti

12.03.2021

AMEA Hüseyn Cavidin Ev Muzeyində “İdrak” liseyinin şagirdləri üçün “Hüseyn Cavid Ev Muzeyinə virtual səyahət” təşkil olunub. Liseydə “Ana dili” aylığı çərçivəsində baş tutan vertual səyahətin təşkilatçısı liseyin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Hidayət Allahverdi olub.
Virtual səyahət zamanı şagirdlər böyük şair və dramaturq Hüseyn Cavidin ev muzeyi, şəxsi əşyaları ilə yaxından tanış olublar. Facebook, YouTube platformaları üzərindən baş tutan onlayn ekskursiyanı aparan Hüseyn Cavidin Ev Muzeyinin Elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva şagirdlərə görkəmli şair və dramaturq Hüseyn Cavidin həyatı, zəngin yaradıcılığı barədə ətraflı məlumat verilib, Hüseyn Cavidin Ev Muzeyinin yaradılması, fəaliyyəti, cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində burada görülən işlərdən danışılıb.
Sonda Lalə Əliyeva və Hidayət Allahverdi şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, onlayn ekskursiyanı bu yaxınlarda “İdrak” liseyinin rəsmi veb-saytı və Hüseyn Cavidin Ev Muzeyinin YouTube kanalı vasitəsi ilə də izləmək olacaq.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.