Hüseyn Cavidin Ev Muzeyində 8 Mart – Beynəlxalq qadınlar günü münasibəti ilə tədbir keçirilib

05.03.2021

Bu gün AMEA Hüseyn Cavidin Ev Muzeyində 8 Mart – Beynəlxalq qadınlar günü münasibəti ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Azərbaycan tarixində qadınların elmi, ədəbi, ictimai-siyasi həyatdakı rolu haqqında ətraflı məlumat verib. Ölkəmizdə gender bərabərliyinin ən yüksək səviyyədə qorunduğunu, qızların təhsilinə və qadınların çoxşaxəli fəaliyyətinə heç bir əngəl olmadığını, əksinə geniş imkanlar yaradıldığını vurğulayıb.
Sonra Ev Muzeyin direktoru G.Babaxanlı Elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayevaya və mütəxəsis Almaz Kərimovaya AMEA Humanitar və İctimai Elmlər Bölməsinin Fəxri fərmanını təqdim edib. Tədbirdə həmçinin muzeyinin bir qrup əməkdaşı – Nailə Məmmədli, Mətanət Babayeva, Lalə Əliyeva, Fəridə Azadova, Elina Sadıqova, Nərmin Nərimanova məhsuldar fəaliyyətə görə və 8 Mart – Beynəlxalq qadınlar günü münasibətilə müəssisənin Fəxri fərmanı ilə təltif olunub.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.