Hüseyn Cavidin Ev Muzeyində Xocalı faciəsinin qurbanları anılıb

26.02.2021

2021-ci il fevral ayının 26-da AMEA Hüseyn Cavidin Ev Muzeyində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – XX əsrin faciəsi” mövzusunda anım tədbiri keçirilib. Tədbir soyqırım qurbanlarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb və Dövlət Himninin səslənməsi ilə davam edib. Tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı qaniçən erməni faşistlərinin Xocalı şəhərində törətdikləri qeyri-insani qətliamın, kütləvi soyqırım aktının xalqımızın tarixindəki ən dəhşətli faciələrdən biri olduğunu qeyd edib. O, bildirib ki, mənfur ermənilər beynəlxalq humanitar hüquqda yol verilməz sayılan soyqırım cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl ataraq misli görülməmiş qətliam törədiblər.
Tədbirdə çıxış edən muzeyin elmi katibi İlahə Novruzova ümid etdiyini bildirib ki, gələcək nəsillər belə faciələrin şahidi olmayacaqlar. Elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva və mühafiz Fəridə Azadova da çıxış edərək misilsiz faciəyə öz münasibətini bildirib, soyqırım aktını insanlıq əleyhinə cinayət adlandırıblar.
Tədbirdə qonaq qosmində iştirak edən II Qarabağ – Vətən müharibəsində şəhd olmuş Rəşad Ələkbərovun dayısı AMEA Fəlsəfə-Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərov da çıxış edib, Hüseyn Cavidin Ev Muzeyinin şəhidlərimizin ruhunun ədiləşdirilməsi istiqamətində gördüyü mühüm işlərdən danışıb. Qonağa muzeyin nəşrlərindən şəhd Rəşad Ələkbərovun haqqında oçerkin də daxil edildiyi “Vətən simurqları: II Qarabağ müharibəsinin qəhrəmanları” adlı kitab təqdim olunub.
Anım tədbirinin sonunda bu qanlı cinayət aktına həsr olunmuş “Xocalı əsrin faciəsi” adlı sərgiyə baxış keçirilib.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.