Beynəlxalq Türk Akademiyası Hüseyn Cavidin 140 illik yubileyini qeyd edəcək

30.12.2021

Bu günlərdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli və Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov türk ölkələri arasında əməkdaşlığa dair gələcək planları müzakirə ediblər. D.Kıdırəli Türk Akademiyanın 2022-ci ildə Hüseyn Cavid və Əhməd Cavad kimi Azərbaycan xalqının böyük şəxsiyyətlərinin yubileylərini yüksək səviyyədə keçirməyi planlaşdırdıqlarını bildirib. Cənab səfir də öz növbəsində Türk Akademiyasının rəhbərliyinə həyata keçirdiyi layihələrə görə minnətdarlığını bildirib və qurumun bu təşəbbüsünü dəstəklədiyini nəzərə çatdırıb.
Qeyd edək ki, bu il Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının İstanbulda keçirilən IV iclasında türk ədəbiyyatı klassiklərinin yubileyləri növbəti ilin türk dünyasında yaddaqalan tarixlər siyahısına daxil edilib.

Mənbə: AZƏRTAC























© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.