“Nizamidən Cavidə ...” adlı ümumrespublika bədii qiraət müsabiqəsinə yekun vurulub

24.12.2021

23 dekabr 2021-ci il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi əsasında həyata keçirilən “Nizami Gəncəvidən Hüseyn Cavidə: poeziyamızdan incilər” mövzusunda ənənəvi bədii qiraət müsabiqəsinə yekun vurulub. Respublikamızın müxtəlif ali məktəblərindən tələbələrin və orta ümumtəhsil müəssisələrindən yuxarı sinif şagirdlərinin qatıldığı müsabiqənin qalibləri müəyyənləşib. Müsabiqədə ilk üç yeri tutan və həvəsləndirici yerə layiq görülən tələbələr pul mükafatı və qiymətli hədiyyələrlə təltif olunub. Müsabiqənin final mərhələsinə çıxan on üç tələbənin hər biri sertifikata layiq görülüb. AMEA Hüseyn Cavidin Ev Muzeyinin müxtəlf nəşrləri müsabiqə iştirakçılarına hədiyyə olunub.
Qeyd edək ki, müsabiqədə Nizami Gəncəvi və Hüseyn Cavidin poeziyasına aid nümunələrlə yanaşı, Azərbaycan klassik ədəbiyyatının ən görkəmli nümayəndələrinin yaradıcılığına da müraciət olunub.























© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.