AMEA Hüseyn Cavidin Ev Muzeyində növbəti açıq dərs

16.12.2021

AMEA Hüseyn Cavidin Ev Muzeyində elmlə təhsilin inteqrasiyası çərçivəsində növbəti açıq dərs keçilib. Bu günlərdə Zərifə Əliyeva adına Liseyin 10 a 3 sinifinin şagirdləri üçün təşkil edilən açıq dərs zamanı şagirdlərə dahi filosof-şair Hüseyn Cavidin həyat yolu, sənətkarın ailə üzvlərinin taleyi və ədibin əbədiyaşar, zəngin yaradıcılığı haqqında geniş məlumat verilib, dramaturqun yaşadığı dövr və yaradıcılığı Muzeyin zəngin ekspozisiyası əsasında ətraflı şərh olunub. Şairin xatirəsinin əbədiləşdirilməsi, Bakıdakı Ev Muzeyinin yaradılması və fəaliyyəti haqqında da geniş bilgi verilib. Daha sonra muzey əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırıblar. Şagirdlər Cavidin lirikasından nümunələri, “Şeyx Sənan” və “İblis” pyeslərindən parçaları səsləndiriblər.
Şagirdlər bu açıq dərsə görə Muzeyin rəhbərliyinə və əməkdaşlara, həmçinin Zərifə Əliyeva adına Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Xəlilovaya dərin təşəkkürlərini bildirib, ekskursiyadan və aparılan müzakirədən son dərəcə məmnun qaldıqlarını bildirdilər.
Sonda açıq dərsdə iştirak edənlər xatirə şəkli çəkdiriblər.























© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.