“Hüseyn Cavid və müasir dövr” mövzusunda respublika elmi konfransı keçirilib

29.10.2021

AMEA Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan Respublikasının müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş “Hüseyn Cavid və müasir dövr” mövzusunda növbəti respublika elmi konfransı keçirilmişdir. Muzeyin baş direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı konfransı giriş sözü ilə açaraq Hüseyn Cavidin əsərlərinin müstəqillik illərində tədqiq və nəşr tarixi haqqında geniş məlumat vermiş, dahi sənətkarın ictimai-fəlsəfi lirikasında, dramaturgiyasında qaldırılan problemlərin bu gün də aktual olduğundan danışmış, ölkəmiz yenidən öz müstəqilliyini bərpa etdikdən sonra şairirn milli ideallarının reallaşdığını vurğulamışdır.
Konfransda böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığını müxtəlif aspektdən araşdıran maraqlı məruzələr dinlənilmiş, onlardan “Hüseyn Cavid idealları və bugünümüz”, “Hüseyn Cavid yaradıcılığında qadın problemi (müasir ərəb ədəbiyyatı paralelləri kontekstində)”, “Hüseyn Cavidin “İblisin intiqamı” əsərində müasir dövrün faciələri”, “Müasir dövrdə H.Cavid irsinin təbliğində AMEA Hüseyn Cavidin Ev Muzeyinin rolu”, “Hüseyn Cavid əsərlərinin nəşri tarixi (müstəqillik illərində)” və s. mövzusunda edilən çıxışlar xüsusi maraq doğurmuşdur.
Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdirmiş, muzeyin ekspozisiyası ilə tanış olmuşlar.























© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.