“Qarabağın musiqi irsi və Ərtoğrol Cavid” adlı kitab nəşr olunub

09.09.2021

AMEA Hüseyn Cavidin Ev Muzeyinin Elmi Şurasının qərarı ilə “Qarabağın musiqi irsi və Ərtoğrol Cavid” adlı yeni kitab nəşr olunub. Peşəkar musiqiçilər, folklorşünaslar, etnoqraflar, ədəbiyyatşünaslar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın tərtibçisi və ön sözünün müəllifi Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmlər doktoru Gülbəniz Babaxanlıdır.
Kitaba Qarabağ xanəndələrinin ifa etdiyi Azərbaycan klassik musiqi mətnləri, Cabbar Qaryağdı və Süleyman Mansurovun Qarabağın musiqi keçmişinə dair xatirələri, onların repertuarına daxil olan, Qarabağ toylarında ifa edilən mahnılar, rəqs havaları haqqında toplanmış materiallar və Ərtoğrol Cavidin bunlara dair elmi araşdırmaları daxil edilib.
Qeyd edək ki, kitab Ərtoğrol Cavidin AMEA Hüseyn Cavidin Ev Muzeyində saxlanılan şəxsi arxiv materialları əsasında hazırlanıb. “Qarabağ Azərbaycandır!” devizi altında nəşr olunub.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.