“Hüseyn Cavid və müasir dövr” mövzusunda respublika elmi konfransı keçiriləcək

06.09.2021

29 oktyabr 2021-ci il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş “Hüseyn Cavid və müasir dövr” mövzusunda respublika elmi konfransı (online/ofline) keçiriləcək.
Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar 20 oktyabr 2020-ci il tarixinədək məruzələrinin tam mətnlərini h.cavid.konfrans@gmail.com elektron ünvanına göndərə bilərlər.
Məruzələrin tərtibinə dair tələblər:
- Kağızın formatı A4, Word redaktorunda;
- Məruzənin başlığı Times New Roman, 14 Pt, tünd şriftlə, ortada olmalıdır;
- Müəllifin adı, soyadı, elmi dərəcəsi və elmi adı (əgər varsa), işlədiyi (oxuduğu) müəssisənin adı (açıq şəkildə), elektron ünvanı, Times New Roman, 12 Pt, adi şriftlə, sağ kənardan yazılmalıdır;
- Məruzənin mətni Times New Roman 12 Pt ilə yığılmalıdır;
- Sətirlərarası interval 1,5;
- İstinadlar avtomatik (1, s. 15) göstərilməli, ədəbiyyat siyahısı səhifənin sonunda (şrift - Times New Roman 12) verilməlidir;
- Məruzənin sonunda 2-4 cümlə ingilis dilində xülasə verilir. Xülasədən öncə ingiliscə sağ küncdən müəllifin adı və soyadı, mərkəzdən məruzənin başlığı tünd şriftlə göstərilməlidir;
- Məruzənin ümumi həcmi 5 səhifədən çox olmamalıdır.
Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 26.
Telefon: (+994 12) 492 06 57
Qeyd: Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.