AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi-yaradıcı fəaliyyətinə dair yeni monoqrafiya

29.07.2021

AMEA Hüseyn Cavidin Ev Muzeyinin Elmi Şurasının qərarı ilə muzeyin fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Könül Məhərrəmovanın yeni monoqrafiyası çap olunub. “AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi-yaradıcı fəaliyyəti (müstəqillik illərində)” adlı monoqrafiyanın elmi məsləhətçisi muzeyin direktoru, dissertantın elmi rəhbəri Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.
Monoqrafiyada adından da göründüyü kimi AMEA Hüseyn Cavidin Ev Muzeyinin müstəqillik illərində elmi və yaradıcı fəaliyyəti araşdırma obyektinə çevrilmişdir. Kitabda dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid irsinin nəşrə hazırlanması, tədqiqi və təbliğində AMEA Hüseyn Cavidin Ev Muzeyinin bir elm məbədi kimi öhdəsinə düşən mühüm vəzifələri layiqincə yerinə yetirdiyi nümunələrlə əsaslandırılmış, AMEA Hüseyn Cavidin Ev Muzeyində yerinə yetirilən elmi-tədqiqat işləri, xüsusilə də “Cavidşünaslıq” araşdırmalar toplusu (30 cilddə) müstəqillik illəri Azərbaycan cavidşünaslığının ən mühüm elmi nailiyyəti kimi qiymətləndirilmişdir.
Qeyd edək ki, monoqrafiyanın redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.