Hüseyn Cavidin Ev Muzeyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”na qoşuldu

12.07.2021

AMEA Hüseyn Cavidin Ev Muzeyi 12 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük Vətən müharibəsi nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar həyata keçirilən “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”na qoşulub.
Muzey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi bu mühüm addımın vacibliyini nəzərə alıb 22 adda, ümumilikdə 65 nüsxə kitabı işğalından azad olunan bölgələrdəki kitabxanaların fondunun bərpası üçün bağışlayıb.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.