Hüseyn Cavidin yaradıcılığı Başqırdıstanlı alimin marağına səbəb olub

01.07.2021

1 iyul 2021-ci il tarixində Başqırdıstan Respublikası Başqırd Dövlət Universitetinin Tarix kafedrasının dosenti, tarix elmləri namizədi Nadir Salih AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət edib. Qonaq muzeyin ekspozisiyası ilə tanış olub. Ona böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Muzey əməkdaşları turançılıq ideyasının H.Cavidin əsərlərindəki bədii təcəssümü, türkün şanlı tarixinin tərənnümü və ümumtürk dilinin yaradılmasında mütəfəkkir şairin xidmətləri ilə bağlı alimi maraqlandıran sualları cavablandırıblar. Nadir Salih muzeyin nəşrlərindən bir neçəsini nəzərdən keçirib və sonda xatirə kitabına ürək sözlərini yazıb.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.