Cavidin irsi Türkiyəli tədqiqatçıların maraq dairəsindədir

24.06.2021

Bu günlərdə Anakara Universitetinin Dil, tarix və coğrafiya fakültəsinin əməkdaşı, gənc türkoloq Atabəy Barış AMEA Hüseyn Cavidin Ev Muzeyində olub. Ona Hüseyn Cavidin həyatı, yaradıcılıq yolu, əsərləri, faciəli taleyi, xatirəsinin əbədiləşdirilməsi, Bakıdakı ev muzeyinin yaradılması və s. haqqında ətraflı məlumat verilib. Azərbaycan ədəbiyyatı nümayəndələrinin yaradıcılığından tərcümələr etdiyini bildirən Türkiyəli tədqiqatçı Hüseyn Cavidin Ev Muzeyinin nəşrləri ilə də tanış olub.
Hüseyn Cavidin əsərlərini də müasir türk dilinə uyğunlaşdırmaq və tədqiq etmək istədiyini bildirən Atabəy Barışa görkəmli şair və dramaturqun muzey tərəfindən nəşrə hazırlanan külliyyatı hədiyyə olunub. Onunla gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Atabəy Barış bu vaxta qədər Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərini türk dilinə uyğunlaşdırıb, Xəlil Rza Ulutürk və Bəxtiyar Vahabzadənin yaradıcılığını tədqiqata cəlb edib.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.