Hüseyn Cavidin Ev Muzeyində Beynəlxalq muzeylər günü münasibətilə onlayn sərgi təşkil olunub

18.05.2021

May ayının 18-i Beynəlxalq Muzeylər Günüdür. Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyi “Açıq qapı” günü keçirir. Karantin qaydalarını gözləmək şərti ilə muzeyin ekspozisiyası ilə tanış olmaq istəyənlər kiçik qruplar şəklində (3 nəfərdən çox olmamaqla) muzeyi ziyarət edə bilər. Bundan əlavə, internet istifadəçiləri muzeyin rəsmi saytı (huseyncavid.az) və Facebook səhifəsindən Hüseyn Cavidin Ev Muzeyinin onlayn sərgisi ilə də tanış ola bilər.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.