Hüseyn Cavidin Ev Muzeyinin dissertantı beynəlxalq elmi konfransda məruzə edib

18.03.2021

AMEA Hüseyn Cavidin Ev Muzeyinin dissertantı Könül Məhərrəmova 18 mart 2021-ci il tarixlərində “Qarabağ Azərbaycandır!” devizi altında Şuşada onlayn qaydada təşkil olunan IV Beynəlxalq Novruz Elmi Araşdırmalar Konfransına qatılıb. 14 ölkənin təmsil olunduğu beynəlxalq tədbirdə Könül Məhərrəmova “Hüseyn Cavid yaradıcılığının tədqiqi Özbək ədəbiyyatşünaslığında” mövzusunda məruzə edib.
Qeyd edək ki, dissertantın elmi rəhbəri AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.