MUZEYİN ONLINE XİDMƏTLƏRİ HAQQINDA ANONS!

26.03.2020

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il tarixli qərarına (ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri) əsasən respublikanın bütün muzeyləri, o cümlədən AMEA Hüseyn Cavidin Ev-muzeyi iş fəaliyyətini müvəqqəti dayandırmışdır.
Covid-19 (Corona virus) virusunun dünyada yayılması səbəbindən əksər dünya və ölkə muzeyləri online iş rejiminə keçmişdir.
Bununla əlaqədar Hüseyn Cavidin Ev-Muzeyi bir sıra onlayn platformalarda, o cümlədən Twitterdə #HuseynCavidinOnlaynEvMuzeyi heşteqi ilə, Facebook-da isə https://www.facebook.com/huseyn.cavidinevmuzeyi ünvanında Sizinlə online ünsiyyət yaradır. Sözügedən online əlaqə vasitələri ilə yanaşı aşağıdakı elektron poçt ünvanlarına da Muzeyin fəaliyyəti ilə bağlı Sizi maraqlandıran sualları göndərə bilərsiniz.

info@huseyncavid.az
huseinjavid@gmail.com

Eləcə də, Hüseyn Cavidin Ev-Muzeyinin rəsmi internet səhifəsində (www.huseyncavid.az) Virtual muzey bölməsinə keçid etməklə ekspozisiyaları ev şəraitində virtual olaraq ziyarət etmək mümkündür.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.