CAVİDLƏR-2020 təqvim nəşr edilib

25.12.2019

    AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən təqvim (2020-ci il üçün) hazırlanıb. Təqvimdə Cavidlər ailəsinin həyatında baş verən tarixi məqamlar və onların izahı öz əksini tapıb. Bundan əlavə, nəşrin hər bir səhifəsində Hüseyn Cavidin əsərlərindən parçalar və ailə üzvlərinin fotoları təsvir olunub.
    Qeyd edək ki, vəsait hər il ənənəvi olaraq hazırlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.