Ərtoğrol Cavidin vəfatından 76 il ötür

14.10.2019

    Oktyabrın 14-də böyük şair və dramaturq Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin vəfatının 76-cı ildönümü ilə əlaqədar AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində onun xatirəsi anılıb.
    Anım günü münasibətilə Ərtoğrol Cavidə həsr olunmuş sərgi təşkil edilib. Sərgidə Ərtoğrol Cavidin şəxsi əşyaları, sənədləri, əlyazmaları, rəsm əsərləri, musiqi notları nümayiş olunub.
    Onu da qeyd edək ki, Ərtoğrol Cavidin 100 illik yubileyinə cəmi bir həftə qalıb. Yubiley münasibətilə muzeydə bir sıra işlər görülür. Ayın 22-si keçiriləcək konfransa hazırlıq davam etdirilir, yubileyə həsr edilmiş konfransın materialları, “Ərtoğrol Cavidin ömür salnaməsi” kitabı və Ə.Cavidin musiqi əsərlərindən ibarət not kitabı çapa hazırlanır.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.