Professor Hafiz Paşayev AMEA Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub

16.01.2019

    ADA Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hafiz Paşayev 15 yanvar 2019-cu il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub.

    Professor Hafiz Paşayev AMEA Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyası ilə tanış olub və Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı qonağa muzeyin eyni zamanda elmi fəaliyyəti ilə bağlı məlumat verib. Hafiz Paşayev də öz növbəsində muzeydə çox dəyərli eksponatların və xatirələrin qorunduğunu qeyd edib.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.