AMEA Hüseyn Cavidin Ev Muzeyində Ərtoğrol Cavidin 100 illik yubileyi münasibətilə respublika elmi konfransı keçiriləcək

24.07.2019

    Görkəmli mütəfəkkir-şair Hüseyn Cavidin oğlu, Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan, musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavidin 2019-cu il oktyabrın 22-də anadan olmasının 100 illiyi tamam olur.
    Bu münasibətlə 22 oktyabr 2019-cu il tarixində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə Ərtoğrol Cavidin 100 illik yubileyinə həsr olunmuş “Ərtoğrol Cavid - 100” mövzusunda respublika elmi konfransı keçiriləcək. Konfrans Ərtoğrol Cavidin həyat və yaradıcılığına həsr olunur. Bu istiqamətdə elmi məruzə ilə konfransda iştirak etmək istəyən tədqiqatçılar 15 sentyabr 2019-cu il tarixinədək məruzələrinin tam mətnlərini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblər:

- Kağızın formatı - A4, Word redaktorunda;
- məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;
- müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;
- Həcmi - 5 səhifədən çox olmamalıdır;
- Şrift - Times New Roman 12;
- Sətirlərarası interval - 1,5;
- İstinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 10);
- məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.

Təşkilat komitəsi məruzələrin seçilib ayrılması, onlarda düzəlişlərin edilməsi, habelə konfransın mövzusuna uyğun olmayan məruzələrin geri qaytarılması hüququnu özündə saxlayır.
Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 26.
Telefon: (+994 12) 492 06 57


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.