H.Cavidin Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı AZTV-yə müsahibə verib

03.04.2019

    AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru fil.ü.e.d., əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı Azərbaycan Dövlət Televiziyasının “Səhər” musiqi-informasiya proqramının “Muzeylər” rubrikasının çəkiliş qrupuna müsahibə verib. İlk öncə G.Babaxanlıdan müsahibə alan çəkiliş qrupu daha sonra muzeyin ekspozisiyasını lentə alıblar. G.Babaxanlı müsahibəsində muzeyin yaranma tarixi, fəaliyyət istiqamətləri, strukturu, həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib. G.Babaxanlı onu da qeyd edib ki, muzeyin ekspozisiyasında 1000-ə qədər eksponat sərgilənir, vaxtaşırı yenilənir və zənginləşdirilir.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.