Hüseyn Cavidin irsi İsmayıllıda geniş təbliğ olunmuşdur

23.04.2016

    Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyi dahi dramaturq və filosof-şair Hüseyn Cavidin həyatı, yaradıcılığı və ədibin ev muzeyinin fəaliyyətinin təbliği məqsədilə muzeyin bir qrup əməkdaşı İsmayıllı rayonunda elmi ezamiyyətdə olmuşlar. Ezamiyyət zamanı İsmayıllı rayon Mədəniyyət və Turizm şöbəsində olan muzey əməkdaşları AMEA Hüseyn Cavidin Ev Muzeyinin fəaliyyəti haqqında ətraflı məlumat vermişlər. Dahi dramaturqun gələn il qeyd olunacaq 135 illik yubileyi münasibətilə İsmayıllı rayonunda respublika elmi konfransının keçirilməsi haqqında fikir mübadiləsi aparılmışdır. Daha sonra İsmayıllının bir çox mədəniyyət müəssisələrində və orta məktəblərdə şagirdlərlə keçirilən görüşlərdə də böyük şairin zəngin yaradıcılığı geniş təbliğ edilmişdir.

         Natiq Mürsəlov
         Məsul şəxs