AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, görkəmli Cavidşünas alim Gülbəniz Babaxanlı
yüksək fəxri ada layiq görülmüşdür

05.11.2015

    Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin 03 noyabr 2015-ci il tarixli Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə verdiyi “Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncamına əsasən, Azərbaycan elminin inkişafında xidmətlərinə görə, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Babaxanlı Gülbəniz İbrahim qızı “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.