İsrail-Azərbaycan Beynəlxalq Assosiyasının idarə heyətinin üzvü Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub

23.09.2015

    İsrail-Azərbaycan Beynəlxalq Assosiyasının (AZİZ) idarə heyətinin üzvü və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yana Salman AMEA Hüseyn Cavidin Ev Muzeyinin qonağı olmuşdur. Muzeylə yaxından tanış olan qonağa dahi dramaturq Hüseyn Cavidin və cavidlər ailəsinin zəngin irsi ilə bağlı geniş məlumat verilmişdir. Ekskursiya zamanı Y.Salman Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən eksponatlara xüsusi maraq göstərmiş və görkəmli şairin həyat salnaməsi ilə ətraflı tanış olmaqdan məmnunluğunu bildirmişdir. Y.Salman görkəmli filosof-şairin 100 illik yubileyi ilə əlaqədar olaraq ədibin rus dilində “Şeyx Sənan”, “Knyaz”, “Şeyda”, “Səyavuş”, “Xəyyam” və “İblis” əsərlərinin çap edildiyi 2 cildlik kitablarını Hüseyn Cavid yaradıcılığının təbliği istiqamətində mühüm nəşr kimi qiymətləndirmişdir. Böyük dramaturqun dərin fəlsəfi məzmunlu dram əsərlərinin rus dilində yenidən nəşrə hazırlanması ilə bağlı qonağa məlumat verilmişdir.