AMEA Hüseyn Cavidin Ev Muzeyi ilə İstanbul Azərbaycan Mədəniyyət Evi arasında qarşılıqlı anlaşma

23.02.2015

    AMEA Hüseyn Cavidin Ev Muzeyi ilə İstanbul Azərbaycan Mədəniyyət Evi arasında qarşılıqlı anlaşma imzalanması məqsədilə görüş keçirilib. Hüseyn Cavid irsini Türkiyədə geniş təbliğ edən, İstanbul Azərbaycan Mədəniyyət Evinin rəhbəri, şair Hikmet Elp Cavid yaradıcılığının türk oxucusu tərəfindən sevildiyini vurğulayıb. Görüş zamanı o, Hüseyn Cavid “Əsərləri” 5 cilddə külliyatının türk dilinə tərcümə olunmasını təklif edib. Qonaq qeyd edib ki, yazıçının “İblis” əsərinin İstanbul Bələdiyyə Teatrında səhnələşdirilməsi təqdirəlayiq bir haldır və tamaşaçı tərəfindən yüksək maraqla qarşılanıb.
    Sonra qonaq Azərbaycan – Türkiyə mədəni əlaqələrini özündə əks etdirən “Serhat Kültür” jurnalını muzeyə hədiyyə edib. G.Babaxanlı da qonağa Hüseyn Cavid “Əsərləri” 5 cilddə külliyatını təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.