ELAN:

11.09.2014

   AMEA Hüseyn Cavidin Ev Muzeyində Hüseyn Cavidin sevimli qızı, dəyərli muzeyşünas, pedaqoq, mətnşünas və teatrşünas, Cavidlər ailəsinin layiqli davamçısı olan Turan Cavidin xatirəsinə həsr olunmuş sərgi açılmışdır. Sərgidə Turan Cavidin həyatı və fəaliyyətini əks etdirən şəkillərdən ibarət fotoslayd, ona məxsus müxtəlif əşyalar və sənədlər nümayiş olunur. Sərgi sentyabrın 22-nə qədər davam edəcək.