AMEA Hüseyn Cavidin Ev Muzeyi tələbələrlə növbəti görüş keçirdi

18.08.2017

    AMEA Hüseyn Cavidin Ev Muzeyi tələbələrin Muzeyə olan marağının artırılmasına xüsusi diqqət yetirir. Bu cür fəaliyyətlərin nəticəsidir ki, tələbələrimiz tez-tez Muzeyi ziyarət edirlər. Qeyd edək ki, bu istiqamətdə açıq dərs mövzularının təşkili artıq ənənə halını almışdır.
Belə görüşlərdən biri də bu gün təşkil edildi. Görüş əsnasında tələbələrə Muzeydə sərgilənən eksponatlarla bağlı, eləcə də dahi Hüseyn Cavidin zəngin həyat və yaradıcılığı, cavidlər ailəsi haqqında ətraflı məlumat verildi. Həmçinin ekskursiya zamanı cavidşünaslığın dəyərli mənbəyi rolunu oynayan AMEA Hüseyn Cavidin Ev Muzeyinin X cildlik “Cavidşünaslıq” araşdırmalar toplusundakı maraqlı detallar da tələbələrin diqqətinə çatdırıldı. Bu istiqamətdə onlara Hüseyn Cavidin şeirlərindəki estetik tərbiyə məsələləri haqqında dolğun məlumatlar verildi.
Vurğulayaq ki, Muzeyin bu cür təbliğat kompaniyası davam edir və Cavid əfəndinin işığını bütün tələbələrin üzərinə salınması üçün mütəmadi olaraq onlarla görüşlər təşkil edilir.
Sonda tələbələrlə xatirə şəkili çəkildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.