Hüseyn Cavidin Ev Muzeyi elmin təhsilə inteqrasiyası sahəsində fəaliyyətini davam etdirir

30.05.2017

    30 may tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyi növbəti dəfə qapılarını tələbələrin üzünə açdı. Bu dəfə muzeyin qonağı Azərbaycan Dillər Universitetinin Xarici dil müəllimliyi ixtisası üzrə təhsil alan “SABAH” qruplarının II kurs tələbələri oldu. Tələbələr müəllim - filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovun rəhbərliyi altında muzeyi ziyarət etdi. Tələbələrə dahi şairin həyatı, yaradıcılıq yolu, ədəbi irsi və ailə üzvləri haqqında geniş məlumat verildi. Muzeyin əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırdılar. Tələbələr Hüseyn Cavidin “İblis” faciəsindən bəzi hissələri səsləndirdilər. Sonda qonaqlar xatirə şəkli çəkdirdilər və muzeyin rəy kitabına ürək sözlərini yazdılar.
    Qeyd edək ki, Hüseyn Cavidin Ev Muzeyində müxtəlif universitetlərin “SABAH” quplarının tələbələri üçün “Hüseyn Cavidin həyat və yaradıcılığı” mövzusunda açıq dərslərin keçirilməsi artıq bir ənənə halını almışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.