“Hüseyn Cavid və müasir gənclik” adlı respublika elmi konfransı keçiriləcəkdir

17.10.2016

    2016-cı il oktyabr ayının 18-də saat 1500-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə AMEA Hüseyn Cavidin Ev Muzey birlikdə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illik yubileyi və Azərbaycanın filosof-şairi, görkəmli dramaturq Hüseyn Cavidin anadan olmasının 134 illiyi münasibəti ilə “Hüseyn Cavid və müasir gənclik” adlı Respublika elmi konfransı keçirəcəkdir. Tədbirdə iştirak etmək istəyənləri aşağıda göstərilən ünvana dəvətedirik.

    Ünvan: Hüseyn Cavid prospekti, 31. Akademiya şəhərciyi, Əsas bina, IV mərtəbə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron zalı.

Natiq Mürsəlov
Hüseyn Cavidin Ev Muzeyi
İctimaiyyətlə əlaqələrə məsul şəxs
Əlaqə: 012 492 06 57
huseinjavid@gmail.com