H.Cavidin xatirəsi Avropada əbədiləşdirildi

16.09.2013

Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin Huseyn CavidHuseyn CavidSərəncamından irəli gələrək, sentyabrın 11-də Monteneqronun paytaxtı Podqoritsa şəhərinin tarixi “Kral parkı”nda Azərbaycan xalqının görkəmli şair və dramaturqu Hüseyn Cavidin büstünün və şəhərin mərkəz hissəsində “Bakı” küçəsinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyindən AzərTAc-a bildirilib ki, tədbirdə Monteneqronun Baş naziri Milo Cukanoviç və Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, AMEA-nın müxbir üzvü Teymur Kərimli, dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, ölkənin tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri iştirak edib. Mərasimdə E.Əfəndiyev, Azərbaycanın Monteneqrodakı səfiri E.Həsənov, Monteneqronun mədəniyyət naziri B.Miçunoviç və Podqoritsa şəhərinin meri M.Muqoşa çıxış edib. Daha sonra parkda Azərbaycan və Monteneqro əlaqələrinin dostluğunun və sülhün tərənnümü olan dəfnə ağacı əkilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin birbaşa səyləri nəticəsində cənazəsi qürbətdən, uzaq Sibirdən Vətənə gətirilərək, doğulduğu torpaqda dəfn edilən Hüseyn Cavidin Monteneqroda əbədiləşdirilməsi və büstünün ucaldılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Parkın girişində Azərbaycan və Monteneqronun gerblərinin altında hər iki dildə “Kral parkı”nda yenidənqurma və abadlaşdırma işləri, Azərbaycan və Monteneqro xalqlarının dostluq əlaqələrinin rəmzi kimi Prezident İlham Əliyevin təşəbbüsü, Azərbaycan hökumətinin və Podqoritsa şəhər meriyasının dəstəyi ilə həyata keçirilib” sözləri yazılmış lövhələr vurulub. Parkın inşası zamanı Azərbaycanın və Monteneqronun milli memarlıq üslublarından geniş istifadə olunub. Açılış mərasimində AMEA Hüseyn Cavidin Ev Muzeyinin yeni nəşrlərindən H.Cavidin Ev Muzeyinin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası, Hüseyn Cavid. Əsərləri. 5 cilddə, “Məhəbbətdir ən böyük din” (H.Cavidin seçmə şeirləri fransız dilində) tədbir iştirakçılarına nümayiş olunmuşdur. Tədbir ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.