VİRTUAL MUZEY

Hüseyn Cavidin Virtual Ev Muzeyinə xoş gəlmisiniz
Burada muzeyin eksponatlarını seyr etmək mümkündür. Hal hazırda siz "Cavidin əbədiyyəti" (giriş otağı) otağının eksponatları ilə tanış olursunuz.

       

Otağın eksponatları

1. Sanki səhnəni xatırladan yarımaçılı pərdələrlə dekor edilmiş lövhədə Cavidə Cavidlik vermiş pyeslərinin xalq sənətkarı Seyfəddin Məmmədvəliyev tərəfindən qoz ağacından qabartma və oyma üsulu ilə işlənmiş adları yazılıb. Səhnə bu sözlərlə başlayır: "Dünya qoca bir səhnə demək". Bu adların aşağısında divar boyu fotolar. Onillər ərzində Azərbaycan səhnəsinin ən müxtəlif aktyor nəsillərinin ifasında səhnələrimizdə görünmüş Cavid qəhrəmanlarını əks etdirən şəkillər. Elə bu lövhədə 20-30-cu illərdə Bakı teatrlarında oynanmış Cavid tamaşalarına çağıran afişaların orijinalları asılıb.
2. Giriş otağının ümumi görünüşü.
3. Hüseyn Cavidin sağlığında ərəb və latın qrafikası ilə nəşr edilmiş əsərləri.
4. H.Cavidin bəraətdən sonra işıq üzü görmüş müxtəlif dillərdə olan kitabları, Cavidin həyatı və yaradıcılığı ilə əlaqədar həm Azərbaycanlı, həmdə əcnəbi müəlliflərin əsərləri.
5. Muzeyin yeni nəşrləri.
6. Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid çoxcildliyi.
7. H.Cavidin xatirəsini əbədiləşdirən Heydər Əliyevin portreti. Fonda H.Cavidin Naxçıvandakı məqbərəsi ucalır. Portretin altında "Peyğəmbər" pyesindən misralar yazılıb:
"Kəssə hər kim tökülən qan izini
Qurtaran dahi odur yer üzünü"
8. Hüseyn Cavidin Naxçıvanda məqbərədə olan mərmərdən
büstünün gipsdən variantı, 1996. Heykəltəraş Ömər Eldarov.
9. Cavid xalçası. (Müəllif xalçaçı-rəssam Afaq Kərimova).
10. Turan Cavidin mərmərdən büstü. (Müəllif Ö.Eldarov).
11. Ərtoğrol Cavidin mərmərdən büstü. (Müəllif Ö.Eldarov).
12. Alın yazısı, batika, 2003. Rəssam Afaq Kərimova.
13. Ərtoğrol Cavid adlı qələmkar batika. Rəssam Afaq Kərimova.
14. Muzeyin adı yazılmış taxta üzərində oyma. Müəllif Seyfəddin Məmmədvəliyev.