MUZEYİN NƏŞRLƏRİ / Kitablar



Elmi redaktor: Akademik İsa Həbibbəyli
Ön söz: Cəlal Qasımov
Rəyçi: İslam Qəribov

Kitabda XX əsr Azərbaycan romantizminin banisi, ədəbiyyatda özünəməxsusluğu ilə seçilən, yaradıcılığında Qərb və Şərq ədəbiyyаtı ənənələrini dаvаm və inkişаf еtdirən filosof Hüsеyn Cavidin həyatı və yaradıcılığı araşdırılır. Hüseyn Cavid müxtəlif münasibətlər, müxtəlif ədəbi qüvvələrlə ünsiyyətlər, bölüşmələr, mübahisələr fonunda təhlil edilir, Qurbanəli Şərifzadə, Şeyx Məhəmməd, Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, türk romantikləri Rza Tevfik, Məhmət Akif Ərsoy, Xalid Ziya Uşaqlıgil, Əbdülhəq Hamid və başqaları ilə olan yaradıcılıq əlaqələri sistemində təqdim edilir. Repressiya qurbanı olan filosof şair-dramaturq Hüseyn Cavidin bir romantik ədəbiyyat nümayəndəsi kimi fərdi tərəf və xüsusiyyətləri araşdırılır.



Tərtibçi-müəllif: Validə Həsənova
filologiya üzrə fəlsəfə doktoru
Elmi redaktor və ön sözün müəllifi: Gülbəniz Babaxanlı
Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru
Nəşrə hazırlayan: Cavid Cəfərov
tarix üzrə fəlsəfə doktoru, dosent

Kitabda böyük Azərbaycan şairi, görkəmli dramaturq, mütəfəkkir sənətkar Hüseyn Cavidin həyat və yaradıclıq yolu, əsərləri, onun haqqında yazılmış elmi və publisistik yazıların, obrazının canlandırıldığı bədii əsərlərin və onunla bağlı digər materialların biblioqrafik təsvirləri təqdim edilmişdir.
Kitab ədəbiyyatşünas, cavidşünas, sənətşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tututlmuşdur.



Tərtibçi və ön sözün müəllifi: Gülbəniz Babaxanlı
Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru,

Kitab böyük Azərbaycan şairi və dramaturqu, mütəfəkkir sənətkar, pedaqoq və ictimai xadim Hüseyn Cavidin qızı Turan Cavidin 100 illik yubileyi münasibəti ilə hazırlanmışdır. Kitabdakı yazılarda Turan xanımın Hüseyn Cavid irsinin toplanması, mühafizəsi, tədqiq və təbliği sahəsində gördüyü işlərə nəzər yetirilmişdir.







Tərtibçi-müəllif: Gülbəniz Babaxanlı
Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru
Redaktor: Nazim Paşa Quliyev

Azərbaycanın görkəmli mütəfəkkiri, filosof-şair Hüseyn Cavidin oğlu, həyatdan gənc yaşlarında köçməsinə baxmayaraq, parlaq istedadı ilə seçilməyi bacarmış Ərtoğrol Cavidin (1919-1943) 100 illik yubileyi münasibətilə işıq üzü görən “Musiqi əsərləri” adlı bu kitab “Ərtoğrol Cavidin ömür salnaməsi” silsiləsindəndir. Kitaba bəstəkarın 40-a yaxın musiqi əsəri, o cümlədən “Eşq olsun”, “Sonatina”, “9 variasiya” (fortepiano üçün), “Noktürn”, “Quşlar”, “Ballada”, “Səninlə olaydım...”, “Sevgili yar gəlmiş idi”, “Gəl”, (sözləri Nizami Gəncəvinindir) və b. əsərləri toplanılmışdır.
Kitab Hüseyn Cavidin Ev Muzeyində qorunub saxlanılan əlyazmalar əsasında tərtib edilmişdir.



Ərtoğrol Cavid və Nizami Gəncəvi İrsi.
Tərtibçi və ön sözün müəllifi: Gülbəniz Babaxanlı
Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru
Rəyçi: Akademik İsa Həbibbəyli

Kitaba Qarabağ xanəndələrinin ifa etdiyi Azərbaycan klassik musiqi mətnləri, Cabbar Qaryağdı və Süleyman Mansurovun Qarabağın musiqi keçmişinə dair xatirələri, onların reper-tuarına daxil olan, Qarabağ toylarında ifa edilən mahnılar, rəqs havaları haqqında toplanılmış materiallar və Ərtoğrol Cavidin bunlara dair elmi araşdırmaları daxil edilmişdir. Kitabın tərtibin-də Ərtoğrol Cavidin AMEA Hüseyn Cavidin Ev Muzeyində saxlanılan şəxsi arxiv materiallardan istifadə olunmuşdur.
Kitabdan həm peşəkar musiqiçilər, folklorşünas və etnoqraflar, həm də geniş oxucu kütləsi yararlana bilər.



Tərtibçi və ön sözün müəllifi: Gülbəniz Babaxanlı
Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru

Kitaba Qarabağ xanəndələrinin ifa etdiyi Azərbaycan klassik musiqi mətnləri, Cabbar Qaryağdı və Süleyman Mansurovun Qarabağın musiqi keçmişinə dair xatirələri, onların reper-tuarına daxil olan, Qarabağ toylarında ifa edilən mahnılar, rəqs havaları haqqında toplanılmış materiallar və Ərtoğrol Cavidin bunlara dair elmi araşdırmaları daxil edilmişdir. Kitabın tərtibin-də Ərtoğrol Cavidin AMEA Hüseyn Cavidin Ev Muzeyində saxlanılan şəxsi arxiv materiallardan istifadə olunmuşdur.
Kitabdan həm peşəkar musiqiçilər, folklorşünas və etnoqraflar, həm də geniş oxucu kütləsi yararlana bilər.



Elmi məsləhətçi: Gülbəniz Babaxanlı
Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru
Rəyçi: Əzizağa Nəcəfzadə
filologiya üzrə fəlsəfə doktoru, dosent
Redaktor: Cavid Cəfərov
tarix üzrə fəlsəfə doktoru, dosent

Monoqrafiyada H.Cavidin Ev Muzeyinin müstəqillik illərində elmi-yaradıcı fəaliyyəti araşdırma obyektinə çevrilmişdir. Dahi Azərbaycan şair və dramaturqu Hüseyn Cavid irsinin nəşrə hazırlanması, tədqiqi və təbliğində Hüseyn Cavidin Ev Muzeyinin müqəddəs elm məbədi kimi öhdəsinə düşən mühüm vəzifələri layiqincə yerinə yetirdiyi nümunələrlə əsaslandırılmış, Hüseyn Cavidin Ev Muzeyində yerinə yetirilən elmi-tədqiqat işləri, xüsusilə də “Cavidşünaslıq” araşdırmalar toplusu (30 cilddə) müstəqillik illəri Azərbaycan Cavidşünaslığının ən mühüm elmi nailiyyəti kimi qiymətləndirilmişdir.



Составитель и автор предисловия: Гюльбениз Бабаханлы
Научные редакторы: акад. Иса Габиббейли, акад. Теймур Керимли

Книга является повторным изданием в новом оформлении одно-именной монографии первого исследователя-монографиста творчества Гусейна Джавида, выдающегося критика, ученого-литературоведа, академика Мамед Джафара, изданной в 1960 году. Монография, сыгравшая важную роль в формировании Джавидоведения в качестве отдельной науки, является ценным источником для многих исследователей, обращающихся к творчеству Гусейна Джавида.




«Хромой Тимур» (В первые на русском языке. К 95-летию написания драмы)
Автор идеи и предисловия: Гюльбениз Бабаханлы
Перевод с азербайджанского на русский: Джавид Джафаров









Ümummilli lider Heydər Əliyev – Hüseyn Cavid irsinin böyük hamisi.
Tərtibçi və ön sözün müəllifi: fil.ü.e.d. Gülbəniz Babaxanlı
Elmi məsləhətçi: akademik İsa Həbibbəyli
Elmi redaktor: akademik Teymur Kərimli

Monoqrafiyada Ümummilli lider Heydər Əliyevin mütəfəkkir-şair Hüseyn Cavid naminə gördüyü işlər, göstərdiyi misilsiz xidmətlər elmi-nəzəri tədqiqata cəlb edilmişdir. Hüseyn Cavid irsinin böyük hamisi olan Heydər Əliyevin təşəbbüsü ilə dahi ədibin nəşinin uzaq Sibirdən Vətənə qaytarılması, mənəvi bəraət alması, adının uca tutulması, xatirəsinin əbədiləşdirilməsi, yaradıclığının tədqiq, təbliğ, nəşr olunması tarixşünaslıq və cavidşünaslıq aspektindən araşdırılmışdır.




"Cavid hikməti (seçmə aforizmlər)". Bakı, Elm, 2022.
Tərtibçi və ön sözün müəllifi: fil.ü.e.d. Gülbəniz Babaxanlı
Redaktoru: Teymur Kərimli

Kitab mütəfəkkir şair Hüseyn Cavidin insanlıq, haqq, ədalət, vətən, millət, qadın, məhəbbət və ən müxtəlif insan münasibətləri haqqında müdrik sözlərini və kəlamlarını əhatə edir.







Hüseyn Cavid fəlsəfəsinin tədqiq tarixi. Bakı, “Elm və təhsil” 2022.
Tərtibçi: fil.ü.e.d Gülbəniz Babaxanlı.
Elmi məsləhətçi: akad. İsa Həbibbəyli.
Redaktor: akad. Teymur Kərimli.

Monoqrafiyada böyük Azərbaycan şairi və dramaturqu, mütəfəkkir sənətkar, pedaqoq və ictimai xadimi Hüseyn Cavidin fəlsəfi baxışlarının tədqiqinə dair materiallar tarixi-xronoloji arıcıllıqla nəzərdən keçirilir, onun təsəvvüfi baxışları, insan, həyat və kainat haqqında fəlsəfi mülahizələrinin təhlili tədqiqat obyektinə çevrilir, Cavid fəlsəfəsinin tədqiqi cavidşünaslığın mühüm istiqamətlərindən biri kimi səciyyələndirilir.




Hüseyn Cavid həyatı və sənəti. Bakı, “Elm və təhsil” 2022.
Tərtibçi: akad. İsa Həbibbəyli.
Elmi redaktor: fil.ü.e.d Gülbəniz Babaxanlı.

Kitabda qüdrətli şair-dramaturq və böyük mütəfəkkir Hüseyn Cavidin (1882-1941) keşməkeşli həyat yolunda və bədii yaradıcılığının özünəməxsus sənətkarlıq xüsusiyyətlərindən bəhs edilir.







Hüseyn Cavidin linqvopoetikası. Bakı, “Elm və təhsil” 2022.
Tətibçi: Məlahət Babayeva.
Elmi redaktorlar: fil.ü.e.d Gülbəniz Babaxanlı, fil.ü.e.d Mahirə Hüseynova.

Monoqrafiyada Hüseyn Cavidin əsərlərində bədii dilin poetik xüsusiyyətləri, sənətkarlıq özəllikləri araşdırılmışdır.








Mişkinaz Cavid. Cavidi xatırlarkən. Bakı, “Elm və təhsil” 2022.
Tətibçi: Əməkdar mədəniyyət işçisi Turan Cavid.
Ön sözün müəllifi: fil.ü.e.d Gülbəniz Babaxanlı.
Yenidən nəşrə hazırlayan: Lalə Əliyeva.

Kitab dahi Azərbaycan şair və dramaturqu, böyük mütəfəkkir, görkəmli pedaqoq Hüseyn Cavidin ömür-gün yoldaşı Mişkinaz Cavidin xatirələri əsasında sənətkarın qızı Turan Cavidin tərəfindən tərtib olunmuşdur. Burada Mişkinaz xanımın Cavidlə bağlı ən şirin xatirələri toplanmışdır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu nəşr dahi sənətkarın anadan olmasının 140 illik yublileyi münasibətilə Cavidsevərlərə bir ərmağandır.



“Cavidşünaslıq” 30 cilddə: I-XXX cildlər
Elmi məsləhətçi: akad. İsa Həbibbəyli
Layihənin rəhbəri: akad. Teymur Kərimli
Tətibçi-müəllif: fil.ü.e.d. Gülbəniz Babaxanlı.

Çoxcildliyə 1912-2018-ci illərdə Hüseyn Cavidin zəngin bədii irsi və şəxsiyyəti, pyeslərinin səhnə həyatı haqqında yazılmış məqalələr, resenziya, mühakimə və müzkirə mətnləri, şeirlər və s. daxil edilmişdir. Toplu dəyərli bir mənbə kimi cavidşünaslığın gələcək inkişafında yardımçı vasitə rolunu oynaya bilər.



“Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” 3 cilddə: III cild
Elmi redaktorlar: akad. İsa Həbibbəyli, akad. Teymur Kərimli.
Cavidşünas alim, filologiya üzrə elmlər doktoru, Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Gülbəniz Babaxanlının “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyasının III cildində dahi şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş bir sıra tədqiqatlar, publisistik yazılar geniş elmi-nəzəri təhlilə cəlb olunur, keçən əsrin, xüsusən də əllinci illərindən başlayaraq (Cavid bəraət aldıqdan sonra) günümüzədək Hüseyn Cavidin ictimai-fəlsəfi görüşləri, onun mütəfəkkir şair və dramaturq kimi özünəxas xüsusiyyətləri, ictimai-siyasi, tarixi mövzularda yazdığı əsərləri, türkçülük və turançılıqla bağlı fikirləri, qadın azadlığı uğrunda ədəbi mübarizəsi, yaradıclığının sənətkarlıq xüsusiyyətləri, əsərlərinin dil və üslubu ilə bağlı aparılmış müxtəlif araşdırmalar müasir ədəbiyyatşünaslıq müstəvisində nəzərdən keçirilir.



Knyaz
Tərtibçi: fil.ü.e.d Gülbəniz Babaxanlı
Redaktor: akad. Teymur Kərimli.

Kitab Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru, cavidşünas alim Gülbəniz Babaxanlı tərəfindən tərtib olunaraq pyesin ilk dəfə səhnəyə qoyulmasının 90 illiyi münasibətilə nəşr olunmuşdur. “Knyaz” faciəsi (1929) Hüseyn Cavid dramaturgiyasında yeni dövrün başlanğıcıdır. Gürcüstanda vətəndaş müharibəsindən bəhs edən əsərdə yeni dövr, yeni mühit təsvir olunur. Əsərin mənfi qəhrəmanı olan Knyaz ilk pərdələrdə rahat həyat sürən, zülmkar və əhli-kef bir müstəbiddir. O, bolşevik Antonu sevən Jasmen adlı kəndli qızı zorla alır. Az sonra yaxınlaşan inqilab iğtişaşları qarşısında Knyaz aldadıb müflis edirlər. Jasmen də onu tərk edərək vətənə qayıdır və Antona qovuşur. Tərk edilən, məğlub və müflis olan Knyaz nəticədə ağlını itirir və intihar edir.




Uçurum
Tərtibçi: fil.ü.e.d Gülbəniz Babaxanlı
Redaktor: akad.Teymur Kərimli.

Kitab cavidşünas alim, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlın tərəfindən tərtib olunaraq pyesin mətbuatda ilk dəfə işıq üzü görməsinin 100 illiyi münasibətilə nəşr olunmuşdur. “Uçurum” faciəsi (1919) ilə Hüseyn Cavid yaradıcılığının birinci mərhələsi başa çatır. Mövzusu Türkiyə həyatından alınmış bu əsərdə ədib süni avropalaşmanın, yad təsirlərin milli mənəviyyatla uzlaşmayan eybəcərliklərindən bəhs etmişdir.






“Timur The Lame” (five-act historical drama. For the 95 th years anniversary of the drama)
Author of the idea and preface: Gulbaniz Babakhanli
Translated and edited by: Malahat Babayeva, Nigar Babakhanova.

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin ingilis dilində ayrıca kitab halında nəşr olunan “Topal Teymur” tarixi dramı əsərin qələmə alınmasının 95-ci ildönümü münasibəti ilə nəşrə hazırlanıb. Nəşrin “Ön söz” və ideya müəllifi muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, əsəri ingilis dilinə tərcümə və redaktə edənlər tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova və filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayevadır.






Hüseyn Cavidin natamam əsəri-Ərtoğrol Cavid
Redaktor və elmi məsləhətçi: fil.ü.e.d. Gülbəniz Babaxanlı.
Ərtoğrol Cavidin (1919-1943) 100 illik yubileyi münasibətilə işıq üzü görən “Hüseyn Cavidin natamam əsəri-Ərtoğrol Cavid” kitabı “Ərtoğrol Cavidin ömür salnaməsi” nəşrlər silsiləsinin davamıdır. Kitabda əksini tapmış dəyərli fikirlər Əməkdar incəsənət xadimi, dosent Nazim Quliyevin bir vətənpərvər ziyalı, musiqişünas, tədqiqatçı kimi istedadlı şair, bəstəkar, dramaturq, tədqiqatçı, rəssam, folklorçu Ərtoğrol Cavidin həyat və yaradıcılığına ehtiram dolu münasibətinin inikasıdır.







Cavid ocağının istedadla nurlanmış övladı
Tərtibçi-müəllif: fil.ü.e.d Gülbəniz Babaxanlı.
Ərtoğrol Cavidin (1919-1943) 100 illik yubileyi münasibətilə işıq üzü görən “Cavid ocağının istedadla nurlanmış övladı” məqalələr toplusunda Ə.Cavidin çoxşaxəli irsi haqqında yazılmış məqalələr toplanmışdır. Bu kitab multidissiplinar Ərtoğrolşünaslığın başlanğıcı hesab edilə bilər və bu yöndə aparılan gələcək tədqiqatlar üçün dəyərli mənbədir. Bu toplu “Ərtoğrol Cavidin ömür salnaməsi” nəşrlər silsiləsinin davamıdır.







Sözləri Hüseyn Cavidindir
Tərtibçi-müəllif: fil.ü.e.d. Gülbəniz Babaxanlı
Redaktor: Nazim Quliyev.

Azərbaycanın mütəfəkkir şairi, görkəmli dramaturq Hüseyn Cavidin yaradıcılıq nümunələri hər zaman tanınmış bəstəkarlarımızın müraciət ünvanı olmuş, ədibin dram əsərlərinə, ayrı-ayrı şeirlərinə bir çox musiqilər, romanslar bəstələnmiş, “Ana” mənzum dramına isə ayrıca opera həsr edilmişdir. Fikrət Əmirov, Cahangir Cahangirov, Oqtay Kazımi, Ramiz Mirişli və digər bəstəkarlarımız tərəfindən Hüseyn Cavidin “Şeyx Sənan”, “Xəyyam”, “Topal Teymur”, “Səyavuş” və b. əsərlərinin lirik nümunələri əsasında yaradılmış “Mənim Tanrım”, “Niyə getdin?”, “Çoban türküsü”, “Ellər ay ellər” adlı mahnılar hər zaman yüksək peşakarlığı ilə seçilən sənətkarların ifasında səsləndirilmiş, dinləyicilərin böyük rəğbətini qazanmışdır. “Sözləri Hüseyn Cavidindir” adlı bu kitab da məhz bu cür melodiyaların, yəni görkəmli şairimizin sözlərinə bəstələnmiş musiqi əsərlərinin yazılı ifadəsi – not yazılarıdır. Belə bir toplu, not-kitabı ilk dəfə ədibin ev muzeyi tərəfindən tərtib olunaraq nəşr olunub.



Məmməd Cəfər. Hüseyn Cavid
Kitab Hüseyn Cavid yaradıcılığının ilk monoqrafik tədqiqatçısı, akademik Məmməd Cəfərin 1960-cı ildə çap olunmuş eyniadlı monoqrafiyasının yeni tərtibatda təkrar nəşridir. Cavidşünaslığın bir elm kimi formalaşmasında mühüm rol oynayan monoqrafiya Hüseyn Cavid yaradıcılığına müraciət edən bir çox tədqiqatçı üçün dəyərli mənbədir. Monoqrafiya akademik Məmməd Cəfər Cəfərovun 110 illiyi münasibətilə AMEA Hüseyn CAvidin Ev Muzeyi tərəfindən latın qrafikası ilə nəşrə hazırlanıb.


Dədəm Qorqud belə demiş
Elmi redaktor: akademik İsa Həbibbəyli, elmi məsləhətçi: akademik Teymur Kərimli, illüstrasiyaların müəllifi xalq rəssamı, Əməkdar mədəniyyət işçisi Fəxrəddin Əli.
Kitabda Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanındakı aforizmlər, hikmətli sözlər, müdrik kəlamlar ədəbiyyatşünas-alim, filologiya üzrə elmlər doktoru, əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı tərəfindən seçilərək ilk dəfə olaraq Azərbaycan, ingilis və rus dillərində dərc olunmuşdur.





Məmməd Cəfər. "Hüseyn Cavid"
İdeya müəllifi: akademik İsa Həbibbəyli, elmi redaktor: akademik Teymur Kərimli, tərtibçi və ön sözün müəllifi: fil.ü.e.d. Gülbəniz Babaxanlı.
Kitab Hüseyn Cavidin ilk, mükəmməl tədqiqatçısı görkəmli tənqidçi-ədəbiyyatşünas Məmməd Cəfərin 1960-cı ildə çap olunmuş eyni adlı monoqrafiyasının AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları tərəfindən latın qrafikası ilə hazırlanmış ilk nəşridir. Cavidşünaslığın bir elm kimi formalaşmasında mühüm rol oynayan bu kitab, Hüseyn Cavid yaradıcılığına müraciət edən əksər tədqiqatçılar üçün etibarlı mənbədir.





“Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin 11, 12, 13-cü cildləri. Layihənin müəllifi və tərtibçi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı. Bakı: Proqres, 2015.
XI cild - ““Balaman məktəbi” dərsliyi və Ərtoğrol Cavid”.
Azərbaycan musiqişünası Saleh Əbdülləlimovun musiqi məktəbləri üçün tərtib etdiyi “Balaman məktəbi” adlı dərsliyin ilk nəşridir.
Dərslik 1937-ci ildə hazırlansa da, o dövrdə ictimai-siyasi həyatımızın az qala bütün sferalarına nüfuz etmiş erməni şəbəkəsinin “səyi” nəticəsində çap olunmamış və əsərin orijinal nüsxəsi Ərtoğrol Cavidin şəxsi arxivində uzun illər mühafizə edilmişdir. Parlaq istedada və yüksək intellektə malik Ərtoğrol Cavid “Balaman məktəbi”nə rus dilində yazılmış ön sözü dilimizə tərcümə etmiş, dərsliyin tərtibi ilə əlaqəli materialların, o cümlədən iclas protokolların toplanıb-hazırlanmasında yaxından iştirak etmişdir.
Orijinalı Hüseyn Cavidin Ev Muzeyində saxlanılan bu dərslik muzeyin əməkdaşları tərəfindən elmi və ixtisas redaktəsindən keçirilmiş, nəşrə hazırlanmış, dərslikdəri notlar müvafiq proqram təminatı vasitəsilə ilk dəfə elektronlaşdırılmış və komplektləşdirilmişdir.
XII cild - “Ərtoğrol Cavidin nota köçürdüyü xalq mahnıları”.
Xalq muğamlarının toplanması və nota salınması sahəsində böyük zəhməti olmuş Ərtoğrol Cavidin xanəndə Cabbar Bağdadbəyovun ifasında dinlədiyi “Bayatı kürd təsnifi”, “Segahın mübərriqəsi”, “Zəminxara təsnifi”, “Orta segah rəngi”, “Mirzə Hüseyn segahı” kimi muğam elementlərinin nota salınmış versiyası əks olunmuşdur. Bu cildin ikinci hissəsində isə Kazım Aslanlının topladığı və Ərtoğrol Cavidin nota aldığı Masallı xalq mahnılarına yer verilmişdir.
XIII cild - “Ərtoğrol Cavidin yarımçıq qalmış əsərləri”.
Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyində mühafizə edilən, Ərtoğrol Cavidə məxsus bir sıra yarımçıq musiqi əsərləri toplanmışdır.



“Turan Cavid. Ömür salnaməsi”. Bakı, Proqres, 2014, 450 s.
Turan Cavid çox böyük yaradıcılıq, araşdırmaçılıq missiyası ilə kifayət qədər maraqlı və zəngin həyat yolu keçmişdir ki, bu da onun şəxsiyyəti haqqında, onun ictimai fəaliyyəti barədə xeyli sayda materialın bu kitabda toplanmasına səbəb olmuşdur. Belə ki, 100-ə yaxın müxtəlif mətn, 300-dən artıq foto və sənədin yer aldığı bu nəşrdə Turan Cavidin bütün həyat və yaradıcılığına işıq salmışdır. İlk dəfədir ki, Turan Cavid haqqında bu materiallar sistemli və kompleks şəkildə toplanaraq nəşr halına gətirilmişdir.
Kitab Turan Cavidin Ümummilli lider Heydər Əliyevə yazdığı məktubla başlanır. Ulu öndər Heydər Əliyevin Turan Cavidə yubiley münasibətilə təbrik məktubu, Heydər Əliyevin Hüseyn Cavidin Ev Muzeyinin açılışında xatirə kitabına yazdığı ürək sözləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Turan Cavidə təşəkkür məktubu, Turan Cavidin Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova təşəkkür məktubu, Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsində cənab Heydər Əliyevin rolu ilə bağlı məqalə kitabın sonrakı səhifələrində yer alır.
   Kitabın layihə müəllifi və tərtibçisi: AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı.
   Elmi məsləhətçisi: AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli.
   Redaktoru: AMEA Humanitar və İctimai Elmlər Bölməsininin akademik katibi, akademik Teymur Kərimli.



Gülbəniz Babaxanlı. "Heydər Əliyev və Hüseyn Cavid" (monoqrafiya). Bakı, 2013.
AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlının Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyasının redaktoru fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərlidir. Fil.ü.e.d. Gülbəniz Babaxanlının bu kitabında dahi sənətkar Hüseyn Cavid irsinə Ümumilider Heydər Əliyevin göstərdiyi diqqət və qayğıdan bəhs olunur. Ulu öndərin mədəniyyət siyasətinin açıqlanması kontekstində iki dahinin münasibətləri araşdırma obyektinə çevrilir. Kitab İki Əbədiyyət (ön söz yerinə), giriş, səkkiz fəsil, fotoşəkillər və mündəricatdan ibarətdir. Müəllif, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı iki dahi şəxsiyyətin əbədiyyətindən bu iki əbədiyyətin birliyindən danışır. Monoqrafiya ədəbiyyatşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.




Timuçin Әfәndiyev. "Hüseyn Cavid: ideal həqiqət axtarışı". Bakı, 2013.
Nəşrə hazırlayanı və redaktoru:
fil.ü.e.d. Gülbəniz Babaxanlı.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Timuçin Əfəndiyevin 1985-ci ildə çap olunmuş “Hüseyn Cavidin ideyalar aləmi” adlı monoqrafiyasının təkrar nəşri oxuculara təqdim edilir. Kitabda Cavid dramaturgiyasının estetik problemlərindən bəhs olunur. Monoqrafiyada Cavid romantizminin ideya bədii prinsiplərinə əsaslanan müəllif, mövzunun tələblərinə uyğun olaraq, bu dramaturgiyanın janr və üslub xüsusiyyətləri üzərində də ətraflı dayanır.




"Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy, Hüseyn Cavid". Bakı, 2013.
Beynəlxalq elmi konfransın materialları. 16-18 may 2013-Bakı. Qafqaz Universiteti Dizayn və Nəşriyyat şöbəsində yığılaraq çapa hazırlanmış və AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən çap olunmuşdur.








H.Cavidin "Şeyda" əsəri 10 dildə (rus, ingilis, alman, fransız, polyak, belarus, bolqar, ukrayna, çex, yunan). Bakı, 2012-2013.
Kitabın nəşrinə məsul şəxslər AMEA-nın m.ü. Kamal Abdulla,
fil.ü.e.d. Gülbəniz Babaxanlıdır. Ön sözün müəllifi fil.ü.e.d. Gülbəniz Babaxanlıdır.
Redaktorlar: AMEA-nın m.ü. Kamal Abdulla,
fil.ü.e.d. Gülbəniz Babaxanlı.
AMEA Hüseyn Cavidin Ev Muzeyi Azərbaycan Respublikası Prezidentinin “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” 16 fevral 2012-ci il 2051 saylı sərəncamına əsasən AMEA Hüseyn Cavidin Ev Muzeyinin və Bakı Slavyan Universitetinin birgə layihəsi ilə H.Cavidin “Şeyda” əsəri 10 dildə (rus, ingilis, alman, fransız, polyak, belarus, bolqar, ukrayna, çex, yunan) tərcümə edilmiş və nəşr edilmişdir. Kitaba əsərin tərcümə edildiyi hər bir dildə ön söz yazılmışdır. Kitabın 4 cildi 2012-ci ildə çap edilmiş, qalan 6 cildi isə 2013-cü illdə işıq üzü görmüşdür.



"Sözləri Hüseyn Cavidindir” adlı mahnı albomu. Bakı, Proqres, 2012.
Tərtibçi: Fil.ü.e.d. Gülbəniz Babaxanlı.
"Sözləri Hüseyn Cavidindir" adlı mahnı albomuna Hüseyn Cavidin sözlərinə yazılmış 20 mahnı daxil edilmişdir.








Çoxcildli "Cavidşünaslıq" araşdırmalar toplusu X cild, Bakı, Proqres, 2012.
Seriyanın X cildinə 1983-cü ildə Azərbaycan mətbuatında Hüseyn Cavid haqqında dərc olunmuş yazılar salınmışdır. Cavidin 100 illik yubileyi münasibətilə 1982-ci ildə başlanmış tədbirlər həmin il də davam etdirildiyindən, materialların əksəriyyəti yubiley xarakteri daşıyır. Abbas Zamanov, Qulu Xəlilov, Zahid Əkbərov, Fərman Xəlilov kimi cavidşünasların tədqiqatları ilə yanaşı, Məmmədəli Əsgərov, Şəmistan Mikayılovun araşdırmaları da maraq doğurur. Toplu dəyərli bir mənbə kimi cavidşünaslığın gələcək inkişafında yardımçı vasitə rolunu oynaya bilər.





Çoxcildli "Cavidşünaslıq" araşdırmalar toplusu IX cild, Bakı, Proqres, 2012.
Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinə təsadüf edən 1982-ci ilin cavidşünaslığının materiallarını əhatə edən IX cilddə böyük şair-dramaturqun yaradıcılığı müxtəlif yönlərdən tədqiqə cəlb olunur, onun zəngin irsi araşdırma obyektinə çevrilir. Mirzə İbrahimov, Məmməd Cəfər, Qulam Məmmədli, Abbas Zamanov, Qulu Xəlilov, Elçin kimi tanınmış müəlliflərlə yanaşı, bir sıra yeni imzalara da təsadüf edilir. Cavidin bədii dili haqqında Musa Adilovun məqaləsi də maraq doğurur. Toplu dəyərli bir mənbə kimi cavidşünaslığın gələcək inkişafında yardımçı vasitə rolunu oynaya bilər.





Çoxcildli "Cavidşünaslıq" araşdırmalar toplusu VIII cild, Bakı, Proqres, 2012.
VIII cilddə 1975-1981-ci illərdə Mirzə İbrahimov, Qulam Məmmədli, Əbülfəz İbadoğlu, Zahid Əkbərov, Elçin kimi əvvəlki dövrlərdən tanıdığımız cavidşünaslarla yanaşı, İsa Həbibbəylinin Hüseyn Cavid yaradıcılığına həsr etdiyi ilk məqalələr də çap olunmuşdur. Zahid Əkbərovun “Hüseyn Cavidin “Şeyx Sənan” faciəsi”, Məsud Əlioğlunun “Hüseyn Cavidin romantizmi” monoqrafiyasına yazılmış rəylər cavidşünaslığın dərininə inkişafına xidmət edir. Tamilla Təhmasibin, Məryəm Əlizadənin, Cəlil Vəzirovun, İlham Rəhimlinin və b. məqalələri, Cavid teatrına professional yanaşma kimi diqqəti çəkir. Əjdər İsmayılovun “Cavid və Şekspir” araşdırmasında Vilyam Şekspirin “Otello” əsəri ilə Hüseyn Cavidin “İblis” faciəsini müqayisə edilir. Toplu dəyərli bir mənbə kimi cavidşünaslığın gələcək inkişafında yardımçı vasitə rolunu oynaya bilər. “Cavid xatirələrdə” silsiləsi Mirzə İbrahimovun, Qulam Məmmədlinin, Şəmsi Bədəlbəylinin dahi sənətkar haqqındakı səmimi xatirələrində davam etdirilir. Toplu dəyərli bir mənbə kimi cavidşünaslığın gələcək inkişafında yardımçı vasitə rolunu oynaya bilər.



Çoxcildli "Cavidşünaslıq" araşdırmalar toplusu VII cild, Bakı, Proqres, 2012.
Seriyanın VII cildinə Hüseyn Cavidin yaradıcılığı, dövrü, ədəbi mühiti və şəxsiyyəti, teatrı haqqında oçerk və məqalələr, xatirələr, rəylər daxil edilmişdir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişinin ilk beşilliyinə təsadüf edən bu dövrdə Cavid mövzusuna diqqət və qayğının kifayət qədər artdığı müşahidə edilir. Əziz Şərif, Qulam Məmmədli, Məmməd Arif, Əkrəm Cəfər, Mehdi Məmmədov, Yaşar Qarayev, Zahid Əkbərov, Timuçin Əfəndiyev kimi cavidşünasların bu sahədə xüsusi fəaliyyətini qeyd etmək lazımdır. Toplu dəyərli bir mənbə kimi cavidşünaslığın gələcək inkişafında yardımçı vasitə rolunu oynaya bilər.




Çoxcildli "Cavidşünaslıq" araşdırmalar toplusu VI cild, Bakı, Proqres, 2012.
Seriyanın VI cildinə 1964-1970-ci illərdə dövrü mətbuatda işıq üzü görmüş elmi, publisistik və bədii materiallar salınmışdır. Mirzə İbrahimov, Abbas Zamanov, Mehdi Məmmədov, Əli Sultanlı kimi ağsaqqal ədəbiyyat adamları ilə yanaşı, Yaşar Qarayev, Əbülfəz İbadoğlu, Məsud Əlioğlu kimi cavidşünaslar da bu sahədə axtarışlarını davam etdirirlər. Aslan Aslanov, Asif Əfəndiyev, Zahid Əkbərov, Abbas Acalov və b. kimi yeni imzalar da nəzərə çarpır. 30-cu illərin anticavid kampaniyasının residivi kimi İslam İbrahimovun məqaləsi diqqəti çəkir. Toplu dəyərli bir mənbə kimi cavidşünaslığın gələcək inkişafında yardımçı vasitə rolunu oynaya bilər.




Çoxcildli "Cavidşünaslıq" araşdırmalar toplusu V cild, Bakı, Proqres, 2012.
Toplunun V cildi 1962-1963-cü illərdə H.Cavid şəxsiyyəti yaradıcılığı barədə dövrü mətbuatda çap olunmuş məqalə, rəy və xatirələri əhatə edir. Hüseyn Cavidin 80 illik yubileyi münasibətilə dərc olunmuş şeirlərə də müəyyən yer verilmişdir. Məmməd Cəfər, Məmməd Arif, Mehdi Hüseyn, Cəfər Cəfərov, Camo Cəbrayılbəyli, Mirzə İbrahimov, Məmməd Rahim, Abbas Zamanov kimi tanınmış tədqiqatçıların araşdırmaları ilə yanaşı, yeni istedadlı cavidşünasların - Yaşar Qarayevin, Əbülfəz İbadoğlunun Cavid haqqında ilk məqalələri də bu dövrün məhsuludur. Toplu dəyərli bir mənbə kimi cavidşünaslığın gələcək inkişafında yardımçı vasitə rolu oynaya bilər.




Çoxcildli "Cavidşünaslıq" araşdırmalar toplusu IV cild, Bakı, Proqres, 2012.
Cavidşünaslığın IV cildinə böyük dramaturq Hüseyn Cavidə bəraət veriləndən sonra, yəni 1956-1961-ci illərdə dövri mətbuatda çap olunmuş yazılar toplanmışdır. 20 illik fasilədən sonra yenidən o dövrün yaradıcı şəxsiyyətləri H.Cavid haqqında elmi məqalələr, xatirələr, yubiley yazıları yazmağa başladılar. Müəlliflər arasında Məsud Vəliyev, Abbas Zamanov, şairin sevimli qızı Turan Cavid, Məmməd Cəfər, Əkbər Ağayev, Rəsul Rza, Cəfər Xəndan və başqaları da var. Toplu dəyərli bir mənbə kimi cavidşünaslığın gələcək inkişafında yardımçı vasitə rolunu oynaya bilər.





Çoxcildli "Cavidşünaslıq" araşdırmalar toplusu III cild, Bakı, Proqres, 2012.
Toplunun III sayına Hüseyn Cavidin şəxsiyyəti və yaradıcılığı haqqında 1930-1937-ci illərdə çap olunmuş məqalə, resenziya, məlumatlar daxil edilmişdir. Ədibin həyatda olduğu dövrün cavidşünaslığı bu illərlə başa çatır və 20 illik fasilədən sonra əbədi Cavidin cavidşünaslığı meydana çıxır. Topluda Cəfər Cabbarlı, İ.Mirzə, Əli Hüseyn, Əli Nazim, Hüseyn Mehdi, Məmməd Kazım Ələkbərli, Sabit Manafzadə və b. kimi tanınmış ədəbiyyat xadimləri və tənqidçilərlə yanaşı, ədəbi ictimaiyyət arasında nisbətən az tanınan başqa yazarlar da vardır. Bəzi materiallar imzasız və ya gizli imza ilə verilmişdir. Toplu dəyərli bir mənbə kimi gələcək cavidşünaslığın inkişafına yardımçı vasitədir.




Çoxcildli "Cavidşünaslıq" araşdırmalar toplusu II cild, Bakı, Proqres, 2012.
Toplunun II sayına Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı haqqında 1926-1930-cu illərdə çap olunmuş məqalə, resenziya, məlumatlar, böyük sənətkara həsr edilmiş bir neçə şeir daxil edilmişdir. Materialların müəllifləri arasında Əli bəy Hüseynzadə, Əziz Şərif, Hənəfi Zeynallı, Mustafa Quliyev, Əli Nazim, Yusif Vəzir Çəmənzəminli, Əmin Abid, Cabbar Əfəndizadə kimi tanınmış ədəbiyyat xadimləri ilə yanaşı az tanınan yazarlar da vardır. Bir sıra materiallar imzasız və ya gizli imza ilə verilmişdir. Toplu dəyərli bir mənbə kimi cavidşünaslığın gələcək inkişafında yardımçı vasitə rolunu oynaya bilər.





Çoxcildli "Cavidşünaslıq" araşdırmalar toplusu I cild, Bakı, Proqres, 2012.
Toplunun I sayına Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı haqqında 1912-1925-ci illərdə çap olunmuş məqalə, resenziya, məlumat, mühakimə və müzakirə mətnləri, şeirlər və s. daxil edilmişdir. Müəlliflər arasında Məhəmməd Hadi, Kantəmir, M.S.Kirmanşahlı, İbrahim Xəlil, Əli Nazim, Kazımoğlu (Seyid Hüseyn), Mustafa Quliyev, Abdulla Şaiq kimi tanınmış ədəbiyyat xadimləri vardır. Bəzi yazılar isə ya gizli imza və ya da imzasız verilmişdir. Toplu dəyərli bir mənbə kimi cavidşünaslığın gələcək inkişafında yardımçı vasitə rolunu oynaya bilər.





"Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyi. Bakı, Çaşıoğlu, 2011.
Tərtibçi: Gülbəniz Babaxanlı
Redakror: Teymur Kərimli

"Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyi 10 cilddə: "Azərbaycanın adət-ənənələri və Ərtoğrol Cavid" adlanan I cilddə Qarabağ, Quba, Gəncə, Xızı, Basarkeçər, Bakı, Şəki, Dərbənd, Masallı bölgələrindən 1939-40-cı illərdə toplanmış toy və yas adətlərinə aid etnoqrafik materiallar, eləcə də el mahnıları, deyimləri öz əksini tapmışdır. Bütün bu materiallar haqqında Ərtoğrol Cavidin yığcam, dərin məzmunlu elmi rəyləri də onlarla birgə çap olunmuşdur. "Azərbaycan klassik musiqi mətnləri və Ərtoğrol Cavid" adlanan II cildə Azərbaycan klassik musiqi mətnləri və onlara Cabbar Qaryağdı və Süleyman Mansurov tərəfindən yazılmış şərhlər toplanmış və Ərtoğrol Cavidin hər bir mətnə ayrı-ayrılıqda yazdığı elmi təhlillər daxil edilmişdir. "Azərbaycan dastanları və Ərtoğrol Cavid" mövzusu III, IV, V, VI, VII, VIII cildlərdə yer almışdır. Bu cildlərə 1938-41-ci illərdə Ə.Cavid, H.İskəndərov, H.Əlizadə və C.Cahanbəxş tərəfindən Azərbaycanın müxtəlif bölgələrindən toplanmış Azərbaycan dastanları və Ərtoğrol Cavidin həmin dastanlar haqqında yazdığı elmi rəylər yer almışdır. Qeyd edək ki, bəzi dastanları aşıqlar özləri yazıya almışlar. Eyni zamanda aşıq Əsəd, aşıq Mirzə yaradıcılıqları haqqında məlumat və 1937-ci ildə professor Bülbülün rəhbərliyi ilə aşıq yaradıcılığının əsas formalarını öyrənmək və bir neçə aşıq havasını nota almaq üçün çağırılan iclasın protokolları daxil edilmişdir. "Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrol Cavid" mövzusu IX, X cildləri əhatə edir. IX cilddə Azərbaycan aşıqlarının, xüsusən də Molla Cuma və Miskinli Vəlinin əsərləri toplanmış və həmin materiallara Ərtoğrol Cavid, Hümmət Əlizadə tərəfindən yazılmış elmi rəylər yer almışdır. X cildə Aşıq Ələsgər və onun poetik çevrəsində olan aşıqların əsərləri və həmin əsərlərə Ərtoğrol Cavidin elmi rəyləri verilmişdir.



Hüseyn Cavid və Abdulla Şaiq "Ədəbiyyat dərsləri". Bakı, Çaşıoğlu, 2010.
Bu nəşr Hüseyn Cavid və Abdulla Şaiqin müəllifliyi ilə 1919-cu ildə Bakıda, Hökumət mətbəəsində nəşr edilən “Ədəbiyyat dərsləri” adlı dərsliyin əski əlifbadan latın qrafikasına transfonoliterasiya olunmuş təkrar nəşridir. Dərslikdə ədəbiyyat nəzəriyyəsinə aid o dövrkü biliklərin toplusu öz əksini tapmaqla, öyrəncilərə yığcam şəkildə lazımi məlumatlar verilir. Dərslikdə həm ədəbiyyatın qanun-qaydaları, həm də ümumiyyətlə, ədəbi əsər yazmağın üsulları şərh edilir. Bununla da kitab həm də yeni yazmağa başlayan sənətkarlar üçün qiymətli qaynaq və rəhbərlik rolunu oynayır.
Transliterasiya, ön söz, lüğət: fil.ü.e.d. Gülbəniz Babaxanlı
Redaktorlar:
fil.ü.e.d. Gülşən Əliyeva, AMEA-nın müxbir üzvü Teymur Kərimli



Gülbəniz Babaxanlı. "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid". Bakı, 2010.
Filologiya üzrə elmlər doktoru, H.Cavid Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlının bu monoqrafiyası dahi şairimiz H.Cavidin yaradıcılığına həsr olunmuş məqalə və monoqrafiyaları elmi təhlil obyektinə çevirir, keçən əsrin iyirminci illərindən başlayaraq çağımıza qədər bir dövrü əhatə edən bu böyük zaman müddətində H.Cavidə, onun şəxsiyyətinə, yaradıcılığına münasibəti aydınlaşdırır. Belə bir fikir təsdiq olunur ki, Cavidşünaslıq artıq ədəbiyyatşünaslıq elmimizin mühüm qollarından birinə çevrilmişdir.
Elmi redaktorlar: AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Teymur Kərimli




H.Cavid. "Topal Teymur". Bakı, Elm, 2010.
Kitab "Topal Teymur" dramının yazılmasının 85 illiyi münasibəti ilə çap olunub.
Tərtibçi və ön sözün müəllifi: fil.ü.e.d. Gülbəniz Babaxanlı
Redaktor: AMEA-nın müxbir üzvü Teymur Kərimli








"Cavid hikməti" seçmə aforizmlər. Bakı, 2010.
Miniatür kitab.
Hüseyn Cavidin külliyyatının son beşcildlik nəşri əsasında tərtib edilmiş aforizmlər böyük mütəfəkkir şairin insanlıq, haqq, ədalət, vətən, millət, qadın, məhəbbət və ən müxtəlif insan münasibətləri haqqında müdrik sözlərini və kəlamlarını əhatə edir.
Tərtib edənlər: Gülbəniz Babaxanlı, İradə Tuliyeva



Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin 2009-cu ildə əldə etdiyi Mühüm nəticə.
Bəstəkar, tədqiqatçı, şair, rəssam Ərtoğrol Cavidin 90 illik yubileyi münasibətilə muzeyin arxivində yerləşən musiqi əsərləri bir yerə toplanaraq ilk multimedia diskləri (CD və DVD) hazırlanmışdır.
Tərtibçilər: f.e.n. G.Babaxanlı, s.n. F.İbrahimqızı.
Disklərə bəstəkarın “Leylanın vəsfi”, “Səninlə olaydım” , “Sevgili yar gəlmiş idi”, “Eşq olsun”, “Poema” (skripka ilə fortepiano üçün), “9 variasiya” (fortepiano üçün), “Quşlar” əsərləri toplanmışdır. CD-də nadir yazılardan biri Ə.Cavidin şəxsən özünün pianoda ifasıdır. Bu ifanı 40-cı illərin başlanğıcında, konservatoriyanın nəzdində Musuqi Elmi-Tədqiqat Kabinetində çalışdığı zamanlarda Ə.Cavid türkmən şairi Kəminənin sözlərinə bəstələdiyi “Leylanın vəsfi” mahnısını özü pianoda çalıb vala yazmışdır.



"Hüseyn Cavidin Ev Muzeyi". Bakı, 2009
Tərtibçi: S.Əhmədli
Elmi redaktoru:
f.e.d. Cəlal Qasımov
Redaktoru:
f.e.n. G.Babaxanlı.
Kitabda Hüseyn Cavidin Ev Muzeyinin yaranma tarixindən, Ümummilli Liderimiz Heydər Əliyevin H.Cavid irsinin qorunması və təbliği sahəsindəki əvəzolunmaz xidmətlərindən, muzeyin açılış mərasimində Turan Cavidlə Heydər Əliyevin görüşündən, muzeyin son illərdəki fəaliyyətindən, eksponatların tarixindən bəhs edən məlumatlar öz əksini tapmışdır.




"Cavid hikməti (seçmə aforizmlər)". Bakı, Elm, 2008.
Hüseyn Cavid külliyatının son beşçildlik nəşri əsasında tərtib edilmiş aforizmlər böyük mütəfəkkir şairin insanlıq, haqq, ədalət, vətən, qadın, məhəbbət və ən müxtəlif insan münasibətləri haqqında müdrik sözlərini və kəlamlarını əhatə edir.
Kitabın tərtibçiləri Gülbəniz Babaxanova və İradə Tuliyevadır.







G.Babaxanlı. "Poetik sözün arsenalı (monoqrafiya)". Bakı, Elm, 2008.
Kitabda Azərbaycan ədəbiyyatının ən keşməkeşli dövr¬lərin¬dən olan keçən yüzilliyin 20-50-ci illərində yaranmış epik poemaların, eyni zamanda Hüseyn Cavidin "Azər" poemasının qaynaqları araşdırılır.







"Hüseyn Cavid, əsərləri 5 cilddə". Bakı, Elm, 2007.
Hüseyn Cavidin külliyyatının mərhum Turan Cavid tərəfindən hazırlanmış beşcildliyi bir daha nəzərdən keçirilərək gözdən qaçan yanlışlıqların təshihi ilə nəfis tərtibatda nəşr edilmişdir.
Tərtib edən: Turan Cavid
Redaktoru: Teymur Kərimli
Ön söz: Gülbəniz Babaxanlı, Teymur Kərimli



"Məhəbbətdir ən böyük din", Bakı, 2007.
Kitaba azərbaycan və fransız dillərində Azərbaycanın mütəfəkkir şairi Hüseyn Cavidin seçilmiş şeirləri daxil edilmişdir. Hüseyn Cavidin şeirləri ilk dəfədir ki, fransız dilinə tərcümə edilərək kitab şəklində oxuculara təqdim olunur.
Ön sözün müəllifi: f.e.n. Gülbəniz Babaxanlı
Tərtib və tərcümə edəni: Nigar Babaxanova Redaktor: Fransua Andriö







"Hüseyn Cavid: həyat və sənət yolu" biblioqrafik göstərici. Bakı, Elm, 2006.
Kitabda Hüseyn Cavidin həyat və yradıcılığının ən önəmli tarixləri, sənətkarın əsərlərinin nəşri və haqqında yazılmış materialların siyahısı toplanmışdır.
Redaktorlar: Gülbəniz Babaxanlı, Aybəniz Əliyeva-Kəngərli
Çapa hazırlayan: Fəridə İbrahimqızı
Tərtibçilər: Nuranə Əsədullayeva, Arzu İsmayılova, Züleyxa Teyyubova






"Hüseyn Cavid. Əsərləri". Bakı, 2005.
   "Əsərləri"nin I cildinə "Kеçmiş günlər" (Tiflis, 1913), "Bahar şəbnəmləri" (Bakı, 1917) şеirlər silsiləsi və "Azər" (1920-1937) poеması daxil еdilmişdir. Bütün yaradıcılığı insanda, təbiətdə və dünyada gözəllik axtarışlarından ibarət olan mütəfəkkir şair bu şеirlərində gözəlliyin pozulan qaydalarını nizama salmaqla məşğuldur. Odur ki, söz sənətinin bu böyük rəssamını yalnız gеniş fəlsəfi mənada gözəlliyi axtara-axtara və gözəlliyə salınan işığın izi ilə axıracan başa düşmək olar.
   II cildinə "Ana", "Maral" və "Şeyda" pyesləri ilə yanaşı, Azərbaycan ədəbiyyatının ilk mənzum dramlarından "Şeyx Sənan", "Uçurum" faciələri daxil edilmişdir.
   Kitabın III cildinə müqtədir sənətkarın, səhnəmizin şah əsərlərindən olub, dünya ədəbiyyatındakı əfsanəvi İblis surətinin çox böyük ustalıqla canlandırdığı "İblis" faciəsi, mövzusu İstanbul həyatından alınmış "Afət"i, Peyğəmbərin dahiyanə obrazının öz parlaq əksini tapdığı "Peyğəmbər"i və hərb demonunun surətinin yaradıldığı "Topal Teymur" dramı daxil edilmişdir.
   Mütəfəkkir sənətkarın bu kitabının IV cildinə "Knyaz" (1928-1929) və "Səyavuş" (1933) mənzum faciələri daxil edilmişdir.
   "Əsərləri"nin son, yəni V cildinə sənətkarın "Xəyyam" (1935) və "İblisin intiqamı" (1936-1937) dramları daxil edilmişdir. Bu cilddə mütəfəkkir sənətkarın eləcə də məqalə və məktubları toplanmışdır. Böyük sənətkarın öz əsərlərinin sonunda etdiyi "İmlasına toxunmamalı!" qeydinə əməl olunmuş, mətnlərin dil və üslubunun qorunulmasına çalışılmışdır.



"Hüseyn Cavid. Əsərləri". Bakı, 2002
Nəşrə hazırlayanı və redaktou: Turan Cavid, Oqtay Hüseynli.

Böyük Azərbaycan mütəfəkkiri Hüseyn Cavidin anadan olmasının 120 illik yubileyi münasibətilə oxuculara təqdim olunan bu kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı "Bahar şəbnəmləri" şeirlər toplusu, "İblis" və "Peyğəmbər" pyesləri daxil edilmişdir. Kitabda ədibin əsərləri üzərində aparılan məqsədli sadələşdirmələr, əvvəlki nəşrlərdə yol verilmiş təhriflər və yanlışlıqlar aradan qaldırılmış, dilinin, üslubunun qorunulmasına çalışılmışdır.