“Hüseyn Cavid sənəti: ideallar və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

25.05.2022

24 oktyabr 2022-ci il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə “Hüseyn Cavid Sənəti: İdeallar və Müasir Dövr” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfransda iştirak etmək istəyənlər məruzələrini (4-6 səhifə həcmində) 24 iyun 2022-ci il tarixinədək h.cavid.konfrans@gmail.com elektron ünvanına göndərməlidirlər. Hər bir məruzədə xülasə verilməlidir. Mətn Azərbaycanca/Türkcə olarsa, xülasə ingilis, ingiliscə olarsa, xülasə Azərbaycan, rusca olarsa, xülasə Azərbaycan və ingilis dillərində tərtib olunmalıdır. Konfrans materiallarının ayrıca toplu şəklində nəşri nəzərdə tutulur. Təşkilat komitəsi məruzələrin seçilməsi, mətndə düzəlişlərin edilməsi və məruzələrin geri qaytarılması hüququna malikdir.

Məruzələr aşağıdakı mövzularda ola bilər:
- Hüseyn Cavidin həyat və yaradıcılığı
- Hüseyn Cavidin dövrü, mühiti və müasirləri
- Hüseyn Cavid teatrı
- Hüseyn Cavid fəlsəfəsi
- Cavidlər ailəsinin həyat və yaradıcılığı
- Cavidşünaslıq
- Azərbaycan Respublikasının mədəniyyət siyasətində Hüseyn Cavid
- Hüseyn Cavidin Ev Muzeyinin fəaliyyəti

Əlaqə:
Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 26
Tel: (+994 12) 492 06 57
E-mail: h.cavid.konfrans@gmail.com















© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.