Muzeyin “Nizami Gəncəvi ili”ndəki fəaliyyəti yeksək qiymətləndirilib

23.12.2021

AMEA Rəyasət Heyətinin “Nizami Gəncəvi ili”nin yekunlarına həsr olunmuş xüsusi iclası keçirilib. İclas Prezident İlham Əliyevin 2021-ci ili “Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 5 yanvar 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar AMEA-da həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrə həsr olunub. Çıxış edən Rəyasət Heyətinin üzvləri AMEA-da “Nizami Gəncəvi ili” çərçivəsində keçirilən konfrans və tədbirlər, nəşr edilən kitablar, dahi şairin həyat və yaradıcılığının tədqiqi və təbliği istiqamətində aparılan genişmiqyaslı işlər, əldə olunan nəticələr, eləcə də nizamişünaslığın gələcək perspektivləri haqqında ətraflı məlumat veriblər. İclasda AMEA Hüseyn Cavidin Ev Muzeyinin Nizami irsinin təbliği və tədqiqi istiqamətdə gördüyü işlər, muzeyin baş direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının tərtibçisi və ön söz müəllifi olduğu “Ərtoğrol Cavid və Nizami Gəncəvi irsi” kitabı haqqında da ətraflı məlumat verilib.
İclasın yekununda AMEA Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru Gülbəniz Babaxanlı Nizami irsinin tədqiqi və təbliği sahəsində səmərəli elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilib.























© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.