Hüseyn Cavidin Ev muzeyinin nəşrləri VII Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkasında

06.10.2021

6 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən “VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası”nda AMEA Hüseyn Cavidin Ev Muzeyi də təmsil olunur. Muzey üçün ayrılmış guşədə nümayiş etdirilən nəşrlər son beş ildə müəssisədə yerinə yetirilən elmi tədqiqat işlərinin ən mühüm elmi nəticələrini əhatə edir. Sərgidə təqdim olunan 50-dən çox müxtəlif adda ədəbiyyat sırasında 30 cilddə “Cavidşünaslıq” araşdırmalar toplusu, 13 cilddə “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid”, 3 cilddə “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” kimi çoxcildliklərlə yanaşı, muzeyin cari ildə çapa hazırladığı nəşrlər: “Qarabağın musiqi irsi və Ərtoğrol Cavid” kitabı, “AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi-yaradıcı fəaliyyəti (müstəqillik illərində)” monoqrafiyası və “Gülbəniz Babaxanlının biblioqrafiyası” da oxuculara təqdim olunur.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Sərgi-Yarmarkada Hüseyn Cavidin nəfis şəkildə çap olunmuş külliyyatı və cavidşünaslıq materialları ilə yanaşı, Ərtoğrol Cavidin dahi şairin sözlərinə bəstələdiyi “Gəlmiş idi” romansının və “Gəl” romans-kapriççosunun muzeydə mühafizə olunan not yazılarının da daxil edildiyi “Ərtoğrol Cavid. Musiqi əsərləri” kitabı da nümayiş etdirilir.
Nəzərinizə çatdırırıq ki, sərgi oktyabr ayının 10-na kimi davam edəcək.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.