“Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyasının üçüncü cildi işıq üzü görüb

27.01.2021

AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” çoxcildliyinin növbəti, üçüncü cildi işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyada dahi şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş bir sıra tədqiqatlar, publiistik yazılar geniş elmi-nəzəri təhlilə cəlb olunub. Kitabda Cavid bəraət adıqdan sonra, yəni ötən əsrin 50-ci ilərindən başlayaraq günümüzədək böyük mütəfəkkir şair və dramaturqun ictimai-fəlsəfi görüşləri, yaradıcılığının özünəməxsus xüsusiyyətləri, ictimai-siyasi, tarixi mövzularda yazdığı əsərləri, türkçülük və turançılıqla bağlı fikirləri, qadın azadlığı uğrunda ədəbi mübarizəsi, yaradıcılığının sənətkarlıq xüsusiyyətləri, əsərlərinin dili və üslubu ilə bağlı aparılmış müxtəlif araşdırmalar müasir ədəbiyyatşünaslıq müstəvisində nəzərdən keçirilib.
Qeyd edək ki, monoqrafiyanın elmi redaktorları AMEA-nın vitse-prezidenti, Akademik İsa Həbibbəyli və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.