AMEA Hüseyn Cavidin Ev Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Tədbirdə muzey əməkdaşları Cəmilə Rzayeva, Lalə Əliyeva, Fəridə Azadova, Nailə Məmmədli də çıxış edib, sovet qoşunlarının xalqımıza qarşı həyata keçirdiyi terroru qınayaraq, 20 Yanvar gününün Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizəsinin ilk və önəmli hadisəsi olduğunu qeyd ediblər. Çıxışçılar məhz bu hadisənin Azərbaycan xalqının müstəmləkə rejimi ilə heç zaman barışmayaraq, milli kimliyini, azadlığını, suverenliyini hər şeydən üstün tutduğunu nümayiş etdirdiyini qeyd ediblər. Bildiriblər ki, Azərbaycan ordusunun başda müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla əldə etdiyi möhtəşəm zəfər də bunu bir daha sübut edir.
Sonda “20 Yanvar xalqımızın qürur tarixinin ilk səhifəsidir” adlı sərgi muzeyin rəsmi Facebook şəbəkəsi vasitəsi ilə canlı yayımlanaraq tədbir iştirakçılarına təqdim olunub.