Hüseyn Cavid irsi rusdilli oxuculara təqdim olunub

16.04.2021

“Region plus” jurnalının növbəti sayında (№ 6, 2021-ci il) “Cavid əbədiyyət deməkdir” başlıqlı müsahibə dərc olunub. Müsahibədə AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı dahi şair və dramaturq Hüseyn Cavid, onun həyat və yaradıcılığı, nəşinin Vətənə qaytarılması, ədibin ev muzeyinin yaradılması və fəaliyyəti, ədəbi irsinin təbliği və nəşri haqqında ətraflı məlumat verib.
Jurnalda dərc olunan materialda muzeyin nadir eksponatlarının foto-şəkilləri yer alıb və məqalə müəllifi Əməkdar mədəniyyət işçisi Valentina Reznikova “Yenidən Vətənə!”, “Ev-muzey”, “Sirli tale səhifələri”, “Zaman portalı” kimi başlıqlar altında Cavid, onun həyat yolu, adının əbədiləşdirilməsi istiqamətində görülən işlər, həmçinin Bakıdakı ev-muzeyinin məhsuldar fəaliyyəti, son nəşrləri haqqında da məlumat verib. Qeyd edək ki, V.Reznikova “MDB ölkələri arasında teatrla bağlı rus dilində yazan ən yaxşı jurnalist” nominasiyasında “Büllur qələm” mükafatı lauriyatıdır.
Müsahibə ilə buradan tanış ola bilərsiniz.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.