Hüseyn Cavidin Ev Muzeyində növbəti çəkiliş

14.04.2021

AMEA Hüseyn Cavidin Ev Muzeyi dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin ədəbi irsinin, həyat və yaradıcılıq yolunun təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Belə mühüm işlərdən biri də kütləvi inormasiya vasitələri ilə əməkdaşlıqdır. Bu günlərdə Hüseyn Cavidin Ev Muzeyi AZTV-nin “Mədəniyyət” kanalında yayımlanan “Vətənim” verilişinin çəkilişi üçün şərait yaradıb. Belə ki, verilişin növbəti buraxılışı dahi sənətkar Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunb. Bu məqsədlə muzey əməkdaşları çəkiliş qrupunu H.Cavidə aid ən müxtəlif orijinal eksponatlarla: ədibin avtoqraf əlyazmaları, şəxsi əşyaları və s. ilə təmin ediblər.
Qeyd edək ki, “Vətənim” verilişinin aparıcısı görkəmli ədəbiyyatşünas, akademik Rafael Hüseynovdur.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.