Hüseyn Cavidin Ev Muzeyinin Elm günü münasibətilə hazırladığı video-sərginin təqdimatı keçirilib

27.03.2021

AMEA Hüseyn Cavidin Ev Muzeyi Elm günü münasibətilə onlayn seminar keçirib. Seminarda muzeyin yeni nəşrlərinin video-sərgisinin təqdimatı olub. You Tube vasitəsi ilə istifadəçilərin ixtiyarına verilən video-sərgidə Muzeyin ən yeni nəşrləri nümayiş etdirilib. Sərgilənən kitablar arasında Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlının müəllifliyi və tərtibçiliyi ilə işıq üzü görmüş 30 cildlik “Cavidşünaslıq” araşdırmalar toplusu, “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” (II və III cildlər), “Heydər Əliyev və Hü¬seyn Cavid” monoqrafiyaları, “Sözləri Hüseyn Cavidindir”, “Cavid ocağının istedadla nurlanmış övladı”, “Cəfər Cabbarlı və müasirləri Hüseyn Cavid haqqında”, “Hüseyn Cavid. Knyaz”, “Hüseyn Cavid. Uçurum”, Azərbaycan və rus dillərində “Məmməd Cəfər. Hüseyn Cavid”, Azərbaycan və ingilis dillərində “Cavid hikməti (seçmə aforizmlər)”, ingilis dillərində “Hüseyn Cavid. Topal Teymur” kimi əsərlər yer alıb. Qeyd edək ki, video-sərgidə nümayiş olunan nəşrlərin hər birinin annotasiyası və biblioqrafik təsviri istifadəçilərin ixtiyarına verilib. Maraqlananlar video-sərgiyə buradan baxa bilərlər.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.