AMEA Hüseyn Cavidin Ev Muzeyində Xocalı faciəsinin qurbanları anılıb

25.02.2020

2020-ci il fevral ayının 25-də AMEA “Xalqımızın qan yaddaşı - Xocalı soyqırımı” adlı anım tədbiri keçirilib. Dövlət Himninin səslənməsi ilə başlayan tədbir soyqırım qurbanlarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. Anım tədbirində ilk öncə Xocalı soyqırımına həsr olunan sənədli televiziya filmi nümayiş etdirilib.
Tədbirdə muzeyin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı erməni faşistlərinin Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlər, kütləvi soyqırım xalqımızın tarixindəki ən dəhşətli faciələrdən biri olduğunu qeyd edib. O, mənfur ermənilər beynəlxalq humanitar hüquqda yol verilməz sayılan soyqırım cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl ataraq misli görülməmiş qətliam törədiblər. Tədbirdə çıxış edən muzeyin elmi katibi İlahə Novruzova ümid edir ki, gələcək nəsillər belə faciələrin şahidi olmayacaqlar. Elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva, Elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva da çıxış edərək misilsiz faciəyə öz fikirlərini bildiriblər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.