Türkiyəli alimlər AMEA Hüseyn Cavidin Ev Muzeyində

04.02.2020

Bu gün AMEA Hüseyn Cavidin Ev Muzeyində Türkiyənin Ərdahan Universitetinin İlahiyyat fakültəsinin dekanı, professor Yusif Ələmdar, fakültənin dekan müavini Dr. Muhamməd Lətif Altun, İlahiyyat fakültəsinin Təməl İslam elmləri kafedrasının müdiri, dosent Kərim Faruk qonaq olublar.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı qonaqlara Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında tutduğu mövqe və yaratdığı əsərlər barəsində və İstanbulda keçirdiyi dövr haqqında da ətraflı məlumat verib.
Daha sonra muzey əməkdaşları qonaqları muzeyin ekspozisiyası ilə yaxından tanış ediblər. Ərdahan Universitetinin əməkdaşları muzeyin rəy kitabına ürək sözlərini yazaraq muzeyin bütün tərtibatı, Hüseyn Cavidin həyat və yaradıcılığına verilən yüksək qiymətdən razı qaldıqlarını bildiriblər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.