“Gənclər arasında Hüseyn Cavid irsinin təbliği” adlı tədbir keçirilib

31.01.2020

31 yanvar 2020-ci tarixdə ildə “Gənclər arasında Hüseyn Cavid irsinin təbliği” mövzusunda tədbir keçirilib. Tədbirdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva və liseyin 11-ci sinif şagirdləri də iştirak ediblər. Tədbiri giriş sözü ilə açan muzeyin elmi katibi İlahə Novruzova gənclər günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət ölkə prezidenti, cənab İlham Əliyev tərəfindən daha qətiyyətlə həyata keçirilir. Bu günlərdə ölkəmizin hər yerində, ən əhəmiyyətli dövlət strukturlarında belə gəncləşmə siyasəti aparılır. İ.Novruzova diqqətə çatdırıb ki, hazırda dahi dramaturq, filosof şair Hüseyn Cavidin irsinin gənclər arasında təbliği muzeyin prioritet istiqamətlərindən biridir və bu sahədə muzeyimizin gənc əməkdaşların üzərinə düşən vəzifə və öhdəliklərdən bəhs edərək bildirib ki, muzeyin gənc əməkdaşları fəal şəkildə yerlərdə gənclərlə iş apararaq və onlarda Cavid yaradıcılığına maraq oyatmağa çalışmalıdırlar. Sonra çıxış edən liseyin direktoru bildirib ki, böyük mütəfəkkir Hüseyn Cavid və cavidlər irsinin gənclər arasında təbliğində muzeyin direktoru, filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı tərəfindən hərtərəfli şərait yaradılıb. Bu dəstək böyük şairin zəngin yaradıcılığının respublikamızın müxtəlif təhsil müəssisələrində layiqincə təbliği istiqamətində muzeyin gənc əməkdaşlarında böyük stimul yaradır və onların bu istiqamətdə fəaliyyətlərinə müsbət təsirini göstərir.
Sonda tələbələr muzeydə xatirə şəkli çəkdiriblər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.