Ərtoğrol Cavidin musiqi əsərləri yeni aranjemanda təqdim olunacaq

21.01.2020

Bu gün Avstraliyalı musiqişünas Con Varney AMEA Hüseyn Cavidin Ev muzeyinin qonağı olmuşdur. Con Varney Ərtoğrol Cavidin yaradıcılığı ilə maraqlandığını və onun bəstələdiyi musiqi əsərlərinə yüksək qiymət verdiyini bildirmişdir. Avstraliyanın Kvinslənd vilayətində yerləşən Ormiston Kollecinin professoru Ərtoğrol Cavidin “Noktürn” və “Məzəli rəqs” adlı iki musiqi əsərini aranjeman etmişdir. Fortopiano üçün bəstələnmiş bu musiqi əsərləri yeni aranjemanda fleyta, skripka, violançel kimi musiqi alətlərində, ansamblda ifa oluna biləcək. AMEA Hüseyn Cavidin Ev Muzeyinin rəhbərliyi musqişünas Con Varney Ərtoğrol Cavidin digər bəstələrini də aranjeman etmək üçün yeni layihəyə başlayacaq.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.