Hüseyn Cavidin Ev Muzeyi Beynəlxalq Muzeylər Günü münasibətilə onlayn ekskursiya hazırlayıb

16.05.2020

Bu il öttən illərdən fərqli olaraq Beynəlxalq Muzeylər Günü pandemiya dövrünə təsadüf etdiyi üçün bütün muzeylər kimi bizim muzey də onlayn şəkildə ekskursiyalar təşkil edəcək.
Beynəlxalq Muzeylər Günü Hüseyn Cavidin Ev Muzeyinin rəsmi saytında huseyncavid.az və muzeyin Facebook səhifəsində yerləşdirilən video ekskursiya vasitəsilə internet istifadəçilərinə xidmət göstərərək qeyd ediləcək.
Eyni zamanda mayın 18-i “Mədəniyyət” kanalının “Muzeylər” layihəsi çərçivəsində muzeydə çəkiliş aparılacaq və beləliklə televiziya tamaşaçıları üçün də muzeyin ekspozisiyası nümayiş edilmiş olacaq.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.